Əhali arasında baş ağrıları niyə artıb? - Professor danışır
15:51 28.03.2017
Arxiv
1239
"Fəsil dəyişkənliyi yaşanan dövrdə nevroloji problemlər, beyin qan dövranı ilə bağlı baş ağrıları daha qabarıq özünü göstərir”.
Bunu Sherg.az-a son günlər əhali arasında baş ağrılarının artmasının səbəblərindən danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Həkim bildirib ki, əhalinin səhhətində yaranan problemlərin səbəbi həmin müddətdə orqanizmin hormonal fəallığının sürətlənməsi kimi faktorlarla bağlıdır:
"Miqrenə meylli, qan təzyiqi aşağı olan, müəyyən ürək-damar xəstəliklərinə malik insanlarda məhz mövsüm dəyişikliyində baş ağrılarının artması müşahidə olunur.
Bundan başqa son günlər maqnit burulğanları yaşanır. Bundan asılı olaraq yer kürəsində temperaturun artma tendensiyası var. Bütün bunlar orqanizmdə təlatümlərlə müşayiət olunur.
Lakin bu baş ağrıları kütləvi xarakter daşımır və epizodik şəkildə mövcud olur”.
Xüsusən, bu mövsümdə on iki barmaq bağırsaq xora xəstəliyinin aktivləşməsi, allergik xəstəliklərin artması kimi halların artdığını da qeyd edən A. Qeybulla məsləhətlərini də verib:
"Belə fəsil dəyişkənlikləri yaşanan vaxtlarda ürək, qan-damar xəstəlikləri olan şəxslər mütləq həkimlərə müraciət etməlidir. Havaların dəyişkən keçdiyi, fəsillərin bir-birini əvəz etdiyi dövrdə orqanizm sanki oyanır. Ona görə, orqanizmində problemi olan şəxslər həkim məsləhəti ilə həm baş ağrılarından həm də yarana biləcək digər xəstəliklərdən sığortalana bilərlər”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm