Ehtiyatlı olmaq lazımdır
20:49 25.10.2016
Arxiv
587
Əsas məqsəd Azərbaycan ordusunu müharibəyə çəkmək, hərbi təxribata cəlb etməkdir
Son bir həftə ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlarla mütəmadi olaraq atəşkəsi pozub. Hətta düşmənin təxribatçı hərəkətləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri əsnasında da səngiməyib.
Maraqlıdır, bir tərəfdə vasitəçilər danışıqların yeni mərhələsini başlamaq üçün dəridən-qabıqdan çıxır, prezidentlərin növbəti görüşünü təşkil etmək üçün bölgəyə səfərlər təyin edirlər. Digər tərəfdən isə danışıqların baş tutmamasına çalışan işğalçı dövlətin hərbi tör-töküntüləri cəbhə bölgəsində gərginlik yaradır. Əlbəttə, heç kimə sirr deyil ki, Ermənistan tərəfi müharibə başlayacağı təqdirdə Azərbaycanın qüdrətli ordusu qarşısında uzun müddət tab gətirə bilməyəcəyini yaxşı dərk edir. Xüsusən, aprel savaşından sonra düşmənin qorxusu və narahatlığı daha da çoxalıb. O halda döyüşdən qorxan ermənilərin cəbhə xəttində gərginlik yaratmasında məqsəd başqadır. Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, vəziyyəti daim gərgin saxlamaq və erməni əsgərlərini işğal edilmiş ərazilərdə tutmaq üçün düşmən mütəmadi olaraq təmas xəttində gərginlik yaradır: "Erməni tərəfi Azərbaycana təzyiq göstərmək məqsədi ilə tez-tez atəşkəsi pozur. Əsas məqsəd isə Azərbaycan ordusunu müharibəyə çəkmək, hərbi təxribata cəlb etməkdir. İstəyirlər ki, milli ordumuz düşmənə adekvat cavab versin və ermənilər Azərbaycanı dünya ictimaiyyətinə sülhü sevməyən, müharibəyə meyl edən bir dövlət kimi tanıtsınlar. Əslində bu cür təxribatlar düşmən tərəfindən dəfələrlə həyata keçirilir. Biz onların təxribatına uymamalıyıq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm