Sözügedən problemin həlli haqqında "Sherg.az”a danışan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (İRÖM) sədri Ruslan Atakişiyevin sözlərinə görə, banklar müştərilərin daha çox olduğu hissələrdə bankomatlar quraşdırmağa maraq göstərirlər.
"Əksər bölgələrdə hər bankın cəmi bir bankomatı var" - Növbə yaranır
11:09 05.09.2018
Arxiv
821
Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin birinci yarısında Azərbaycanda bankomatların sayının 2 444 olduğunu açıqlayıb. Bankomatların sayının ildən-ilə artırılmasına baxmayaraq, xüsusilə, regionlarda aparatların azlığı barədə şikayətlər səngimir. Çünki əksər bölgələrdə hər bankın cəmi bir bankomatı quraşdırılıb, bəzilərinin isə ümumiyyətlə, bankomatı yoxdur. Nəticədə daha çox pensiya, təqaüd və maaş alan insanlar problemlə qarşılaşır, rayon mərkəzlərindəki bankomatların qarşısında uzun növbələr yaranır.
Sözügedən problemin həlli haqqında "Sherg.az”a danışan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (İRÖM) sədri Ruslan Atakişiyevin sözlərinə görə, banklar müştərilərin daha çox olduğu hissələrdə bankomatlar quraşdırmağa maraq göstərirlər. İqtisadçı bildirib ki, bankomatın quraşdırılması xərc tələb etdiyinə görə, kommersiya baxımından əhəmiyyətli olmayan yerlərdə sözügedən əməliyyatlar həyata keçirilmir:
"Banklara bankomatların sayının artırılması ilə bağlı təzyiq etmək mümkün deyil. Lakin bankomatların qarşısında yaranan sıxlığı aradan qaldırmaq üçün müxtəlif çıxış yolları təklif etmək olar.
İlk olaraq, dövlətin səhmlərinin çox olduğu bankların bankomatlarında digər banklara aid kartların daxil edilməsi zamanı tutulan komissiyanı azaltmaq mümkündür. Komission haqq məsələsinə yenidən baxılarsa, insanlar bir bankomata aid kartları başqa bankomatlarda rahatlıqla istifadə edə bilərlər.
Həmçinin, nağdsız ödəmələrə tələbatın artırılması ilə bağlı maarifləndirmə həyata keçirməliyik. Bizdə belə "ənənə” var ki, karta pul daxil olan kimi pulu nağdlaşdırmağa çalışırıq. Halbuki, əksər marketlərdə, mağazalarda plastik kartlar vasitəsilə ödəmə etmək mümkündür.
İnsanlar müxtəlif ödəmələri internet vasitəsilə də həyata keçirə bilərlər. Bunun üçün kartdan pul çıxartmadan, daha asan şəkildə problemləri həll edə bilərik. Əslində pensiyaların, təqaüdlərin, maaşların kart sistemi ilə verilməsinin məqsədi də insanların nağdsız ödəmələrdən istifadəsini genişləndirməkdir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət