Elçibəy hakimiyyəti dövründə “beşinci kalon”un funksiyasını yerinə yetirənlər olub
10:08 05.06.2014
Arxiv
524
Mirmahmud Mirəlioğlu: “Millətə aidiyyəti olmayan o adamlar daha çox Moskvaya, Kremlə bağlıydılar”
Eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımlı 1993-cü il 4 iyun qiyamı ilə bağlı mətbuata danışarkən bir sıra məqamlara toxunub. 4 iyun hadisəsini dövlət çevrilişi adlandıran Qasımlı deyib ki, istənilən siyasi komanda qarşısına qoyduğu məqsədə çata bilmirsə, uğursuzluğun məsuliyyətini daşımalıdır.
Bu baxımdan Elçibəy komandasını 4 iyun qiyamında təqsirləndirmək təbiidir. Ancaq Qasımlı hesab edir ki, 4 iyun qiyamının əsas günahkarı xarici dövlətlərlə işbirliyi qurub milli hökuməti devirən daxili qüvvələrdir: "Xalq Cəbhəsi hökuməti dövlət aparatında işləyən "təcrübəli” insanları idarəetmə strukturundan kənarlaşdırmadı. Məsələn, Nazirlər Kabinetində milli dövlətçilik təfəkkürü olmayan xeyli sayda köhnə kadrlar qalırdı. Zaman göstərdi ki, o şəxslərin çoxunda müstəqillik, millilik ruhu yox idi. Bu səbəbdən də onlar Azərbaycan üçün faydasız, bəzi hallarda isə təhlükəlidirlər. Həmin şəxslər Rusiyanın maşası kimi Azərbaycanda "beşinci kalon” funksiyasını yerinə yetirirdilər. Fikrimcə, hər şeyi Elçibəy komandasının üzərinə atmaq, 4 iyunun əsl səbəblərini gizlətməyə xidmət edir”.
Elçibəyin yaxın silahdaşlarından olan, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, 4 iyun qiyamı Azərbaycanın xarici və daxili düşmənlərinin birgə hazırladığı iş idi: "Oqtay Qasımlı hər zaman obyektiv mövqeyini qoruyub saxlayan bəylərdəndir. Biz də o vaxt məsələyə qiymət verəndə, qiyamın daxili və xarici düşmənlərin birgə hazırlayıb həyata keçirdikləri ilk təxribat olduğunu bəyan etmişdik. Düzdür, çox çalışdıq ki, bu təxribat son olsun, ancaq təəssüflər ki, daha sonralar da belə hallar baş verdi və indiyə qədər də bu təhlükə qalır. Oqtay bəyin vurğuladığı kimi xarici maraqlara xidmət edən qüvvələrin, şəxslərin ayrı-ayrı dövlət qurumlarında yer alması faktı doğru və təbii idi. Həmin kadrlar güclü mütəxəssis olsalar da, milli duyğulardan məhrum idilər. Millətə aidiyyəti olmayan o adamlar daha çox Moskvaya, Kremlə bağlıydılar. Ancaq cəbhəçilər hakimiyyətə gəldikdən sonra Elçibəyin həmin şəxsləri müəyyən edərək postlarından kənarlaşdırmamasını səhv addım kimi dəyərləndirmək düzgün olmaz”. KXCP sədri deyir ki, Azərbaycanda, dünən də, indi də ən mühüm arzu və istək normal, sivil cəmiyyət fonunda vətəndaş həmrəyliyi yaratmaq və qardaş müharibəsindən qaçmaq olub: "Təəssüflər olsun ki, o zaman bu yanaşmadan sui-istifadə edildi. Yəni "Elçibəy hakimiyyəti vətəndaş müharibəsindən qaçacaq, qan tökməyəcək, ona görə də, bu milli hökumətə son vermək lazımdır” məsələsi məqsədli şəkildə gündəmə gətirildi”.
M.Mirəlioğlunun fikrincə, o zaman ən ciddi məsələ rus qoşunlarının Azərbaycandan çıxarılması idi: "Rus qoşunları Gəncə qəhrəmanı Cavad xan şəhid düşəndən (1804-cü ildən) ta 1993-cü ilin 25 mayına qədər Azərbaycanda olublar. Əlbəttə, bu qədər uzun zamandan sonra rus işğalçılarının Azərbaycandan çıxarılması olduqca mühüm və zəruri məsələ idi. Ona görə də, qarşı tərəfdən adekvat addımın atılacağı gözlənilən idi. Amma birmənalı şəkildə hesab edirik ki, həmin qərar tamamilə doğru idi. Baxmayaraq, deyirdilər ki, hakimiyyət getdi, milli hökumət yıxıldı, gərək rus qoşunları çıxmazdı və s. Ancaq rus qoşunlarından birdəfəlik imtina etməyən, edə bilməyən Ukraynanın indi hansı bəlalarla üzləşdiyi göz önündədir. Tarix göstərir ki, rusların olduğu hər yerdə insanlar əziyyət çəkirlər, rahat yaşamırlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət
Tramp: İran mediasının saziş layihəsinə dair yaydığı xəbər yalandır
19:25 12.06.2026
Dünya