Əli Həsənovdan Suriyaya gedənlərlə bağlı ŞOK açıqlama
11:25 29.01.2014
Arxiv
832
“Azərbaycanlıların Suriyaya göndərilməsində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər”
"Azərbaycanın müvafiq dövlət qurumları vətəndaşlarımızın Suriyadakı döyüşlərdə iştirakı ilə bağlı məsələ ilə məşğuldur”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdiri qeyd edib ki, Azərbaycanın təhlükəsizlik orqanları ilə yanaşı, Xarici İşlər Nazirliyi və xarici ölkələrdəki səfirliklərimiz də bu işlə yaxından məşğuldurlar: "Xarici ölkələrdəki səfirliklərimiz bu məsələ ilə ona görə məşğuldurlar ki, qeyri-qanuni yollarla azərbaycanlı gənclərin, vətəndaşlarımızın səfərbər olunub, dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər”.
PA rəsmisi deyib ki, bu gün Azərbaycanın özünün vətənpərvər, öz torpağı uğrunda mübariz mövqe nümayiş etdirən insanlara ehtiyacı var: "Azərbaycanın Suriyada hansısa formada konfliktlərdə, münaqişələrdə iştirak etmir və etmək niyyəti də yoxdur. O zaman nəyə görə bizim vətəndaşlarımız həmin münaqişənin iştirakçısı və qurbanına çevrilməlidirlər? Ona görə də Azərbaycan dövləti belə halların qarşısını almağa çalışır. Ancaq bu, bir reallıqdır ki, bəzi vətəndaşlar ayrı-ayrı daxili və xarici qüvvələrin təsiri altında bu işə qoşulur və bunların hamısının qarşısını almaq çətindir. Bununla belə, dövlət bütün mümkün vasitələrlə bu halın qarşısının alınması istiqamətində işləri davam etdirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya