Əli Oruclu AMİP-dəki oğurluğa aydınlıq gətirdi

“Nicat İsmayılov partiyaya məxsus əmlakı avadanlıqları və sənədləri ələ keçirib”



Azərbaycan Milli İstiqlal Partiyasının qərargahından oğurluq edilib. Bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, AMİP-in baş katibi və sədr əvəzi Arzuxan Əlizadə polisə ərizə ilə müraciət edərək partiyanın Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 39 ünvanında yerləşən qərargahından müxtəlif sənədlərin və məişət əşyalarının oğurlandığını bildirib. Hadisə ilə bağlı "Şərq”ə açıqlama verən AMİP-in Mərkəzi Şurasının üzvü Əli Oruclu oğurluq hadisəsinə aydınlıq gətirib: "Bizim xəbərimiz olmadan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə Nicat İsmayılov adlı şəxs arasında sövdələşmə aparılıb. Həmin şəxs də təşkilatın qərargahı yerləşən qeyri-yaşayış obyektinin qapısını sındıraraq içəri daxil olub. İçəri girməyi bacaran N.İsmayılov partiyaya məxsus əmlakı və avadanlıqları, o cümlədən mühüm sənədləri ələ keçirib. Bu özbaşınalıq və qanunsuzluqla bağlı xəbər tutan kimi dərhal polisə müraciət etdik. Hazırda araşdırmalar aparılır. Fakta görə cinayət işi qaldırılıb. Eyni zamanda Partiya Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı da 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində iddia qaldırıb”.

İsmayıl