Ən az iki, ən çoxu 7 ərləri var

Çox arvadlı ərləri eşitmişdiniz, amma çox ərli qadınları yox. Nepal ilə Tibset arasındakı Nyimba vadisində Niyma adında bir toplum yaşayır. Bu toplumun ən maraqlı xüsusiyyəti qadınların bir neçə ərlərinin olmasıdır. Burada qadınlar bir fabrik kimi işləyir.
Əhalinin sayını artırmaq və tarlalarda çalışacaq fərdlər yetişdirmək üçün bu cəmiyyət belə bir qərar verib.
Belə evliliklərə "polyandry" deyilir. Bir kişi və bir qadın arasındakı evlilik, tarixdən günümüzə qədər bilinən standart evlilikdir. Sonra çox həyat yoldaşlı evliliklər də bəzi cəmiyyətlərdə görünməyə başladı. Amma beləsi görünməmişdi. Bu qadınların ən az iki, ən çoxu 7 əri var. İşin maraqlı tərəfi odur ki, ərlər bir-birlərinə qısqanmadan yaşayırlar. Çox ərli qadınlar az qala hər il ərlərinin birindən hamilə qalır.