Ərdoğan "Fərat qalxanı"nın əsas hədəflərini açıqladı
12:22 12.02.2017
Arxiv
827
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyada müxalif Azad Suriya Ordusunun iştirakı ilə həyata keçirdiyi "Fərat qalxanı” əməliyyatının əsas hədəflərini açıqlayıb.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, Suriyanın Əl-Bab şəhərinin İŞİD terror təşkilatından azad edilməsi prosesi başa çatır.
Türkiyə prezidenti növbəti hədəfin PKK terror təşkilatının Suriya qanadı PYD/YPG-nin nəzarət etdiyi Münbic rayonu və İŞİD-in Suriyada əsas mərkəzi sayılan Rakka şəhəri olduğunu söyləyib: "Əsas hədəf 4-5 min kv.km terrorçulardan təmizlənmiş bölgə yaratmaqdır. Məqsəd Suriyadan köçü önləmək, həm də Türkiyədəki düşərgələrdəki suriyalı qaçqınları öz torpaqlarına göndərməkdir. Bizim həmin bölgədə suriyalı qaçqınlar üçün yeni şəhərlər qurmaq niyyətimiz var. Türkiyə olaraq biz orada hər cür infrastruktur qurulması işlərində iştirak edə bilərik. Beləliklə, heç kimsə başqa ölkədə çadırda, evdə yaşamaq məcburiyyətində olmayacaq. İkinci mərhələdə həmin bölgənin uçuş üçün qadağan edilmiş bölgə elan edilməsi əsas məqsədimizdir. Bu məsələni artıq ABŞ və Rusiya ilə də müzakirə etməyə başlamışıq. Həmin bölgəyə müxalif Azad Suriya Ordusu nəzarət edəcək. Bölgə suriyalıların özünün kiçik ordusunun olması lazımdır ki, orada yaşayanlar özlərini tam təhlükəsiz hiss etsinlər. Biz təlimlər keçməklə Azad Suriya Ordusuna dəstəyimizi davam etdirəcəyik”.
R. T. Ərdoğan ötən gün baş nazirin müavini Numan Kurtulmuşun Əl-Babın alınmasından sonra "Fərat qalxanı” əməliyyatının başa çatacağı barədə söylədiklərini də təkzib edib: "İŞİD-in əsas mərkəzi Əl-Bab deyil, Rakkadır. Digər tərəfdən, terror təşkilatı PYD/YPG-nin də həmin bölgələrdən çıxarılması vacibdir. Fərat qalxanı əməliyyatı son məqsədə çatana qədər davam edəcək. Bizim niyyətimiz bölgə terrorçulardan təmizləndikdən sonra ordumuzun orada qalması deyil. Ancaq bu məsələyə də həmin günün şərtlərində baxacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi