Ərdoğan və Putin Qarabağı müzakirə etdi
15:23 09.04.2021
Arxiv
616
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Kremlin mətbuat xidməti məlumat verir ki, tərəflər Ukrayna ətrafında yaranmış gərginliyi, Qarabağ və Liviyadakı vəziyyəti, eləcə də “Sputnik V” peyvəndinin tədarükü məsələlərini müzakirə ediblər.
Telefon danışığı zamanı R.T.Ərdoğan Qarabağ bölgəsində sabitliyin təmin olunmasında Rusiyanın səylərini yüksək qiymətləndirib. Rusiya prezidenti isə öz növbəsində Ermənistan və Azərbaycan liderlərilə bu yaxınlarda keçirdiyi görüşlərin nəticələri barədə türkiyəli həmkarını məlumatlandırıb. Tərəflər Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası işlərinin sürətləndirilməsinin vacibliyiin vurğulayıblar.
Müzakirə olunan məsələlər sırasında Liviyadakı mövcud vəziyyət də olub. Hər iki lider ölkədəki sülh prosesinin əhəmiyyətini qeyd edərək, yerli hakimiyyət orqanlarının formalaşdırılmasının Liviyada milli birliyi təmin etmək yolunda ciddi addım olduğunu bildiriblər.
Tərəflər arasında həmçinin koronavirusa qarşı birgə mübarizə vasitələri də müzakirə olunub. O, cümlədən bu sahədə əməkdaşlığın genişləndirilməsi, eləcə də “Sputnik V” peyvəndinin Türkiyəyə tədarükü və bu ölkədə birgə istehsalının mümkünlüyü vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya
NATO ölkələri vahid müdafiə istehsalı sistemi yaradır
10:11 13.10.2026
Dünya