Ərdoğandan Kiprlə bağlı ÇAĞIRIŞ 

“Qardaşlığımız Türk dünyasının ayrılmaz parçası olan Kipr türkləri ilə həmrəylik nümayiş etdirməyimizi tələb edir”.
APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasına üzv dövlətlərin liderlərinin qeyri-formal görüşündə deyib.
“İllərdir məruz qaldıqları haqsızlıqlar və embarqoların aradan qaldırılması üçün Kipr türklərinə lazım olan köməkliyi göstərəcəyimizə inamım tamdır. Güc birliyi ilə Kipr türklərini də layiq olduqları yerə gətirəcəyimizə inanıram”, - deyə Ərdoğan vurğulayıb.