“Ərdoğanın ABŞ-la yaxınlaşmaq istəyi Rusiyanı qıcıqlandıracaq”
13:46 08.02.2017
Arxiv
991
Trampın PKK, YPG və PYD-ni terror təşkilatı kimi tanıması çox mühüm bir hadisədir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump arasında gözlənilən telefon danışığı baş tutub. Telefon görüşü gecə saatlarında olub və təxminən 45 dəqiqə davam edib. Görüşdə Türkiyə və ABŞ-ın hər zaman bir-birinə dost və müttəfiq iki ölkə olduqları vurğulanıb. Liderlər terrorizmin hər növünə qarşı birgə mübarizəyə davam etməkdə qətiyyətli olduqlarını bildiriblər. Tramp ölkəsinin strateji tərəfdaşı və NATO müttəfiqi olan Türkiyəyə dəstəklərini ifadə edərək, İŞİD-lə mübarizəyə töhfə verməyə hazır olduğunu vurğulayıb.
Liderlərin danışığı ilə bağlı "Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, ABŞ Prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başladığı gündən verdiyi fərqli və bəzən təzadlı qəaraları ilə dünya siyasətçilərinin diqqət mərkəzinə çevirilib:
"Sözsüz ki, qüdrətli hərbi gücə və iqtisadi potensiala sahib olan bir dövlətin başçısının addığı hər addım diqqət mərkəzindədir. Trampın Rusiya prezidenti ilə danışıqlardan sonra siyasətçilər Yaxın Şərqdə sakitliyin yaranacağını ehtimal etsələr də, bu baş vermədi. ABŞ Astana da keçirilən Rusiya-Türkiyə-Suriya danışıqlarına qatılmadı. Ən əsası isə bu danışıqlar demək olar ki, uğursuzluğa düçar oldu və Suriya müxalifəti hər hansı bir sənədi imzalamaqdan imtina etdi. Bundan sonra Suriyada atəşkəs yenidən pozuldu”.
Ekspertin fikrincə, regional sabitlik nöqteyi nəzərindən rus-türk danışıqlarının aparılması düzgün addımdır. Lakin Türkiyə tərəfi bu münasibətləri NATO-nun və Qərbin maraqlarını nəzərə alaraq aparmalıdır:
"Türkiyə NATO üzvü olmaqda davam edəcəksə, həmin şərtləri mütləq yerinə yetirməlidir. Türkiyə prezidenti Ərdoğanın Trampla telefon danışıqlarının detalları ictimaiyyətə tam açıqlanmasa da, tərəflərin Pakka və Əl-Bab şəhərlərində İŞİD-ə qarşı birgə fəaliyyət barədə razılığa gəldiklərini bildiriblər. Donald Trampın PKK,YPG və PYD-ni terror təşkilatı kimi tanıması çox mühüm bir hadisədir. Türkiyənin Rusiya ilə siyasi cəhətdən tam anlaşması mümkün görünmür. Son illər iki dövlət arasındakı münasibətlərin kəskin dəyişikliklər şəraitində keçməsi buna sübutdur. Şübhəsiz ki, Ərdoğanın yenidən ABŞ-la yaxınlaşmaq istəyi Rusiyanı qıcıqlandıracaq. Lakin hər iki tərəf bu münasibətləri düzgün dəyərləndirərsə, Rusiya bu əlaqələri pozacaq gücdə olmaz”. Politoloq bildirib ki, Türkiyənin ABŞ-la münasibətləri son bir neçə ildə zərər görsə də, bundan sonra əlaqələrin yüksələn xəttlə inkişaf edəcəyi ehtimalı böyükdür: "Türkiyənin başqa yolu yoxdur. Rusiyaya heç vaxt etibar etmək olmaz. Nəzərə almalıyıq ki, qlobal güclərin Rusiyanın çokdürülməsi və Yuqoslaviya variantı olaraq bir neçə ölkəyə parçalanması planları hələ də gündəmdən götürülməyib. Belə olan təqdirdə Rusiyanınn yanında yer almaq "cəhənnəmə gedənə yoldaş olmaq” deməkdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol