Ərəb dövlətləri ilə əlaqələrimiz dərinləşir
20:46 07.03.2016
Arxiv
706
Qarşılıqlı səfərlər Azərbaycanın səsini dünyaya çatdırmaqda önəmli rol oynayır
Son illər Ərəb ölkələri ilə Azərbaycan arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Dövlət başçıları və hökumət nümayəndələri səviyyəsində gerçəkləşən qarşılıqlı səfərlər fikirlərimizi təsdiqləyir. Məsələn, Qətər əmiri Təmim bin Həməd Əl-Taninin bu gün Bakıda görüşləri gözlənilir.
Əmirin Azərbaycan rəsmiləri ilə görüşlərində iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişafına dair məsələlər ətraflı müzakirə olunacaq. Görüşlərin yekununda hökumətlərarası iqtisadi birgə komissiyanın yaradılması, təhsil, gömrük, maliyyə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi, nəqliyyat, gömrük orqanlarının təcrübə və texniki mübadiləsi haqqında sazişlər daxil olmaqla 8 sənədin imzalanması gözlənilir.
Azərbaycanla Ərəb ölkələri arasındakı münasibətlərin yaranma tarixindən danışan politoloq Qabil Hüseynli "Şərq”ə söyləyib ki, bu əlaqələrin tarixi çox qədimdir: "Əlaqələr Qızılbaşlar dövründən başlayıb. Həmin dövrdə mərkəzləşmiş Azərbaycan dövləti yarandı və onun əraziləri Ərəb ölkələrinin sərhədləri İraq və Türkiyənin bir hissəsini özündə ehtiva edib. Əlbəttə, Azərbaycana müsəlmançılığı ərəblər gətirib. İslam dininin Azərbaycan ərazilərində yayılması isə 7 əsrə təsadüf edir. Həmin dövrdə də ikitərəfli əlaqələr müəyyən formalarda inkişaf edib. Son zamanlar, ölkəmiz istiqlaliyyət qazandıqdan sonra Azərbaycanla ərəb ölkələri arasında münasibətlər daha da inkişaf etməkdədir”.
Ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə əlaqələrimiz çoxdan mövcuddur. Bu münasibətlər ulu öndər Heydər Əliyevin dövründən yaranıb: "İki ölkə arasında diplomatik münasibətlər var. Azərbaycanın çətin günlərində Səudiyyə Ərəbistanı İslam bankı vasitəsilə 10 milyon dollar məbləğində kredit ayırıb. Sonrakı dövrlərdə Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri daha da inkişaf etdi. Bu yaxınlarda ölkə Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanına səfər etdi. Səfər çox uğurla başa çatdı. Bir çox sənədlər imzalandı. İkili münasibətlərin inkişafı və bu əlaqələrin daha da genişləndirilməsi ilə bağlı tərəflər ümumi rəyə gəldilər”.
Politoloq bəyan edib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə də normal münasibətlərimiz var və bu əlaqələr daha çox iqtisadi sahəni əhatə edir: "Qətərlə münasibətlərimiz normaldır. Qətər ərəb dünyasının aparıcı dövlətlərindən biridir. Beynəlxalq münasibətlərdə də kifayət qədər aktiv rol oynayır. Qətər əmirinin ölkəmizə gəlişi yeni sənədlərin imzalanması ilə müşayiət olunacaq. Azərbaycan-Qətər münasibətləri daha yüksək mərhələyə qalxacaq”.
Q.Hüseynli hesab edir ki, Azərbaycanın Misirlə münasibətləri çox yüksək səviyyədədir: "Bu əlaqələrin əsası mərhum H.Əliyevin dönəmində qoyulub. Ümummilli lider Misirə səfər edib. Həmin səfərdə mən də iştirak etmişəm. Müsəlman dünyası ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri böyük olub. Bu gün o işi cənab İlham Əliyev çox yüksək səviyyədə davam etdirir. Ərəb dövlətlərinin demək olar ki, hamısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına keçməsində önəmli rol oynayıblar. Hazırda BMT və digər beynəlxalq təşkilatlar Azərbaycanla bağlı hər hansı sənədin müqayisəsi zamanı, ərəb dövlətləri ölkəmizə diplomatik köməkliklər göstərirlər. Münasibətlər yeni inkişaf mərhələsindədir. Əlaqələr strateji əməkdaşlıq səviyyəsinə qalxmaqdadır. Səudiyyə Ərəbistanı, Misir və Qətərlə strateji tərəfdaşlıq səviyyəsində münasibətlər qurmaq, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına böyük töhfələr verəcək”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə