Ermənilər hələ də ianə dilənirlər
07:45 20.05.2021
Arxiv
401
Kanada Qarabağ ermənilərinə yardım etmək istəyirsə Azərbaycanla danışmalıdır
Kanada hökuməti Qarabağ ermənilərinə 1 milyon Kanada dolları (830 min dollar) məbləğində humanitar yardım ayırıb. Bu barədə Kanada Xarici işlər naziri Mark Qarno Tvitter səhifəsində yazıb. “Kanada münaqişənin həlli üçün səyləri dəstəkləməyə davam edir və onun dəhşətli humanitar nəticələrinin aradan qaldırılmasında iştirak etməyə hazırdır. Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağada işi üçün 1 milyon dollar əlavə məbləğ ayırdıq”, – Qarno bildirib.
Mövzuya münasibət bildirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov "Şərq"ə açıqlamasında deyib ki, o hesab etmir ki, Kanada bu addımında xoş niyyətli və saf məramlıdır.
O vurğulayıb ki, bu, bir daha Qərbin əksər proseslərə siyasi və hüquqi ikiüzlü yanaşmasının təzahürüdür: "Hər bir halda xeyriyyəçilik və yardım etmək müsbət bir haldır və xoş işdir.
Ancaq o zaman ki, bu, doğrudan da xoş niyyətlə edilsin. Kanada dövləti xoş niyyətini ortaya qoyub bu yardımı səmimi olaraq edirsə və bu yardımın həmin ərazilərdə terrorçuluğun inkişafına sərf olunmamasında maraqlıdırsa, o zaman bir sıra nüanslara riayət etməlidir.
Öncə Qarabağ təkcə Azərbaycan vətəndaşı olan ermənilərə deyil, həm də azərbaycanlılara aiddir. Hətta ehtiyac olmasa belə, qarşı tərəfin niyyətində səmimi olmasını müəyyənləşdirmək üçün bu cür yardımların edilməsində bərabər yanaşma vacibdir.
Digər bir əhəmiyyətli məqam isə odur ki, son otuz ildə de-yure Azərbaycana aid olan Qarabağ hazırda de-fakto da Azərbaycanın tərkibindədir. Əgər belədirsə, Azərbaycana aid ərazilərdə yaşayan topluma ayrılan yardım Azərbaycan dövləti vasitəsilə olmalıdır. Buna dair Azərbaycanla danışıqlar aparılmalı, əgər bu mümkün deyilsə, yardım edilməməlidir. Çünki bu, ərazi bütövlüyünə hörmət prinsipidir və hər bir dövlət bu amilə hörmət etməlidir. Subyektiv olaraq hesab etmirəm ki, Kanada bu addımında xoş niyyətli və saf məramlıdır. Bu bir daha Qərbin əksər proseslərə siyasi və hüquqi ikiüzlü yanaşmasının təzahürdür".
Politoloq vurğulayıb ki, bütün bunlar Ermənistan kimi dövləti daim ianəyə və yardıma möhtac qoyub öz əmr quluna çevirməyə xidmət edir:
"Ancaq siyasi cəhətdən kor və kar olan rəzil Ermənistan rəhbərliyi bu günə qədər bu acı reallığı dərk etməyib və ya etmək istəmir. Tam fərqli olaraq, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını və düşmənçilik siyasətini bir kənara qoyub çox güclü inkişaf prosesinə qədəm qoymağı düşünə bilmirlər. İanəyə möhtac olan dövlətdən, Azərbaycan kimi ianə edən dövlətə çevrilə biləcəklərini anlamırlar. Bəlkə də, onları əsassız ittiham edirik. Bəlkə də belə də olmalıdır ki, qul təfəkkürü ilə doğulub, siyasi alət olmaq missiyası ilə yaşayanlar, ianə dilənməklə də ölməyə məhkumdurlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya
İlk üz-üzə təmas: ABŞ və İran Omanda masa arxasına oturdu
12:40 06.02.2026
Gündəm