O dərhal diaspora işi ilə bağlı bütün fəaliyyətlərdən kənarlaşdırılmalıdır
Ermənilərin başımıza gətirdiyi fəlakəti unutmaq olar?
07:56 11.05.2018
Arxiv
411
Qızının erməni ilə evlənməsini adi qarşılayan Kərimov Xocalı faciəsindən xəbərsiz deyil
O dərhal diaspora işi ilə bağlı bütün fəaliyyətlərdən kənarlaşdırılmalıdır
O dərhal diaspora işi ilə bağlı bütün fəaliyyətlərdən kənarlaşdırılmalıdır
Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun öz qızını erməni biznesmenə ərə verməsi sosial şəbəkələrin gündəmini zəbt edib. Məsələni gündəmə gətirənlər diaspora rəhbərinin ermənilərlə sıx əlaqədə olmasını, hətta daha irəli gedərək qohumluq yaratmasını kəskin tənqid ediblər.
Kərimovun qızının erməni oğlanla ailə həyatı qurması Moskvada yaşayan azərbaycanlılar arasında da birmənalı qarşılanmayıb. Soydaşlarımız diaspora rəhbərinin qeyd-şərtsiz sədrlikdən getməsini tələb ediblər. Bir qrup insan isə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edəcəklərini bildiriblər. Real TV-yə danışan Ağadadaş Kərimov isə qızını erməniyə ərə verməsini normal hal adlandırıb. Hətta həyat yoldaşının da erməni olduğunu vurğulayıb: "Qızımın erməni oğlanla ailə həyatı qurmağı doğrudur. Bunu bütün dost-tanışlar bilirlər. Bu, normal hadisədir. Həyat yoldaşım da milliyətcə ermənidir”.
Məsələni aydınlaşdırmaq üçün Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqə yaratdıq. Komitənin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova "Şərq”ə açıqlamasında dedi ki, qeyd olunan məsələnin Diasporla İş üzrə Dövlət Komitəsinə heç bir aidiyyəti yoxdur:
"Amma Dövlət Komitəsi belə halları nəzərə alaraq, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı Azərbaycan dövlətinin, dövlətçiliyinin maraqlarını qorumağa və Vətənin təəssübünü çəkməyə çağırır”.
Günlərdir müzakirə olunan məsələ ilə bağlı fikirlərini "Şərq”ə bölüşən AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, biz xalq olaraq ermənilərə irqlərinə görə deyil, xəyanətkarlıqlarına, zülmlərinə və törətdikləri cinayətlərə görə nifrət edirik. Bu kontekstdən yanaşdıqda təbii ki, erməni ilə qurulan ailələrə birmənalı baxmaq mümkün deyil:
"Ermənilərin tarix boyu bizə qarşı həyata keçirdikləri cinayətləri, işğalları unutmaq olmaz. Biz unutduqca, onlar bu cinayətləri bir daha təkrarlayacaqlar. Nəzərə alsaq ki, ermənilər bu gün belə ərazilərimizi işğalda saxlayır, yüzlərlə vətəndaşlarımızın əsirlikdəki taleləri naməlumdur, o zaman belə bir qohumluq qətiyyən anlaşılan və qəbuledilən deyil. Erməni ilə evliliyi eşidəndə ilk ağlıma gələn odur ki, bu "ailə”nin üzvləri 26 fevralda Xocalıda baş verən soyqırıma necə reaksiya verəcək, Qarabağın işğalı barədə nə deyəcək, 1918-ci il mart qırğınlarına münasibətləri necə olacaq? Göründüyü kimi, bu cür evliliyin mənəvi əsasları yoxdur.
Erməni ilə evlənmək üçün millətini, tarixini və keçmişini unutmalısan. Beləsinə azərbaycanlı demək doğru deyil. Xüsusən, diaspora işi ilə məşğul olan birinin övladının bu hərəkəti atasının diaspora işində nə qədər "uğurlu” olduğunun bariz göstəricisidir”.
T.Abbaslının fikrincə, həmin şəxs dərhal diaspora işi ilə bağlı bütün fəaliyyətlərdən kənarlaşdırılmalıdır. Milli və dövlət maraqlarımızı özündə ehtiva edən heç bir işə yaxın buraxılmamalıdır:
"Diasporalarla İş üzrə komitənin yeni rəhbərliyi belə nöqsanları tez bir zamanda aradan qaldırmalı və daha effektiv fəaliyyət planı üzərində işləməlidirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı