Ermənistan korrupsiya qarşısında aciz qaldı: ABŞ kömək göndərir
08:44 10.07.2020
Arxiv
723
ABŞ Dövlət Departamenti Ermənistan hökumətinə korrupsiya ilə mübarizə aparmaqda yardım edəcək mütəxəssis təyin etmək niyyətindədir. O, Ermənistanın Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edəcək və islahlatların həyata keçirilməsinə kömək göstərəcək.
Bu barədə RT nəşri ABŞ Dövlət Departamentinin müvafiq sənədinə istinadla xəbər yayıb.
“Məsləhətçi Ermənistan hökumətinə yeni korrupsiya əleyhinə orqanların yaradılması və onların effektivliyinin artırılmasında (o cümlədən, formalaşdırılma mərhələsində olan Ermənistanın Antikorrupsiya Komitəsinə) dəstək verəcək. Bu qurumlar korrupsiya hallarını araşdıracaq və korrupsionerləri məsuliyyətə cəlb edəcək”, - sənəddə deyilir.
Bununla yanaşı, mütəxəssis Ermənistan hökumətinə hüquq-mühafizə sistemində islahatların hazırlanması və reallaşdırılması ilə bağlı tövsiyələr verəcək.
“Hazırlıq, təlim aparacaq, həmçinin Ədliyyə Nazirliyinə, Ermənistan Antikorrupsiya Komitəsinə (yaradıldıqdan sonra) və digər müvafiq orqanlara korrupsiya ilə mübarizəyə böyük diqqət ayırmaqla geniş məsələlər spektrində digər texniki dəstəkləri təmin edəcək”, - deyə Dövlət Departamentindən bildirilib.
Məsləhətçi, həmçinin, təlim səfərlərinin, treninqlərin təşkili ilə də məşğul olacaq.
Qurumdan bildirilib ki, sözügedən vəzifəyə yalnız ABŞ vətəndaşları namizəd ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət