Nalbandyan da həmin havadarlarının vəziyyətini bildiyi üçün belə arxayın danışır
Ermənistan məkrli siyasətindən əl çəkmir
07:32 31.01.2018
Arxiv
543
“Azərbaycan üçün ən optimal variant mərhələli həlldir”
Nalbandyan da həmin havadarlarının vəziyyətini bildiyi üçün belə arxayın danışır
Nalbandyan da həmin havadarlarının vəziyyətini bildiyi üçün belə arxayın danışır
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiya XİN rəhbəri Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həlli barədə çıxışına münasibət bildirib. Nazir deyib ki, mərhələli və ya paket variantı 20 il əvvəl aktual idi. Bu gün isə belə deyil:
"Həmsədrlər dəfələrlə bildiriblər ki, məsələ təkliflər paketi əsasında həll olunmalıdır və bir prinsipi seçmək cəhdləri nizamlanmanı mümkünsüz edir. Paket nizamlanma isə mərhələli həll yolunu nəzərdə tutur”. Nalbandyan bəyan edib ki, Rusiya yalnız ATƏT-in Minsk Qrupunun həmsədri kimi deyil, həm də vacib regional oyunçu kimi sabitliyin saxlanılmasında mühüm rol oynayır.
Sözügedən mərhələli və paket həll variantlarının mahiyyəti nədir, iki variantın müddəalarında hansı fərqlər mövcuddur, ümumiyyətlə, hansı həll modeli Azərbaycanın maraqlarına bu və ya digər formada cavab verir?
Suallarla bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, Azərbaycan tərəfi tələb edir ki, əvvəlcə torpaqlar işğaldan azad edilsin, qaçqınlar geri qayıtsın, sonra o biri məsələlər müzakirə edilsin. Biz buna "mərhələli həll” variantı deyirik. Ermənistan isə bu müddəaların statusla birgə həll olunmasını tələb edərək, "paket həll”i variantını irəli sürür:
"Yəni işğal altındakı 5 rayon və Laçının 13 kəndi azad edilir, qaçqınlar geri qayıdır, bütün kommunikasiya xətləri açılır. Laçın və Kəlbəcərin boşaldılması tarixi dəqiqləşdirilir, gələcəkdə Dağlıq Qarabağın yekun statusu ilə bağlı referendum keçirilir. Ermənilər isə bu boşaldılma ilə birlikdə Dağlıq Qarabağı statusunun həllini də istəyirlər. Azərbaycan üçün ən optimal variant mərhələli həlldir. Başqa sözlə, əvvəllər deyildiyi kimi, Azərbaycan tərəfi işğal altında olan torpaqların boşaldıldıqdan sonra bölgədə yaşayan ermənilərə ən yüksək muxtariyyət statusu verməyi təklif edir. Son illər ermənilər Dağlıq Qarabağda bir sıra tədbirlər görüb.
Məsələn, "referendum” keçiriblər, Qarabağın adını "dəyişdiriblər” (əslində əski türkcədə olan variantı işlədirlər). Hesab edirlər ki, bununla beynəlxalq səviyyədə üstünlük əldə ediblər. Bundan başqa, Qarabağın işğal altında saxlanmasına yardım edənlər Ermənistanın Azərbaycan torpaqlarından çıxmasında maraqlı deyillər. ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında münaqişənin həlli ilə bağlı ortaq mövqe yoxdur. Bu baxımdan, həm ermənilərə, həm də həmsədrlərə vəziyyətin belə qalması bir çox baxımdan sərf edir”.
Ekspert vurğulayıb ki, erməni nazir Nalbandyan da həmin havadarlarının vəziyyətini bildiyi üçün belə arxayın danışır:
"Digər tərəfdən, bu il Ermənistanda ciddi siyasi dəyişiklik olacaq. Konstitusiyaya əsasən, yeni idarəetmə sisteminə keçiləcək. Həm ölkə prezidenti Serj Sarkisyan, həm də onun nazirləri bu sayaq fikirlər söyləyirlər. Məncə, Sarkisyanın AŞ PA-dakı yalanlarını xatırlamaq kifayətdir. O, BMT Təhlükəsizlik Şurasının torpaqların azad edilməsi ilə bağlı 4 məlum qətnaməsini təhrif edərək Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılmayacağını demişdi. Belə çıxışı onlar yalnız dəstəkçilərinə arxayın olduqlarından edə bilərlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya