"Ermənistan ordusunda əsgər çatışmır" - AÇIQLAMA
17:13 02.03.2017
Arxiv
917
"Ermənistan ordusunda əsgər çatışmazlıq olduğuna görə, onlar başqa yollara əl atmağa məcbur olurlar”.
Bunu Sherg.az-a ermənilərin itkiləri arasında xaricdən gətirilən erməni əsilli muzdluların çoxluq təşkil etməsini şərh edərkən hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, həmin addımlardan biri də kişi hərbçilərin qərargahlardan çıxarılıb, daha ön cəbhələrə göndərilməsidir:
"Müddətdən artıq xidmət edən qulluqçuları da həm Ermənistan ərazisindəki hərbi hissələrə, həm də Dağlıq Qarabağda yerləşdiriblər. Şəxsi heyət çatışmadığına görə, onlar müraciət edib ki, kim istəyir güzəştli şərtlərlə hərbi hissələrdə muzdlu olaraq xidmət keçsinlər. Xatırlayırsınızsa, aprel savaşı zamanı, ermənilərin yaşlı insanları, təqaüdə çıxmış hərbçiləri döyüşə gedəcəklərini bəyan edirdilər. Azərbaycanda isə təkcə ehtiyatda olan hərbçilər 300 min nəfər civarındadır. Azərbaycan silahlı qüvvələrinin məhv etdiyi əsgərlər arasında Müdafiə Nazirliyinin qeyd etdiyi kimi muzdlu hərbçilər də var”.
Bu gün ermənilərdən Ermənistan erməniləri və Qarabağda yaşayanlar arasında gərginliklərin olduğunu deyən Ü. Cəfərov bu ziddiyyətlərin də orduda problemlər yaratdığını söyləyib:
"Bir qədər fərqli müqayisə olsa da, deməliyəm ki, bəzi insanlar Suriyaya döyüşə getdiklərini bəyan edir, onların ya vəlvələdən, ya zəlzələdən öldürüldüyü haqda məlumatlar yayılır. Əslində eyni mənzərə Ermənistandakı xarici muzdlularla da bağlıdır. Amma Ermənistan onlardan hərtərəfli istifadə edir. Muzdlular həmin şəxslərdir ki, onlar müəyyən maddi həvəsləndirmələrə inanıb, ön xətdə Azərbaycana qarşı döyüşürlər. Muzdluları dəvət etməkdə məqsəd isə Ermənistan ordusunun bir qədər vəziyyətdən çıxarılmasıdır. Çünki onlarsız postlara və ya mühüm tapşırıqları yerinə yetirməyə ermənilərin döyüşçüləri yetərsay deyil”.
Qeyd edək ki, Müdafiə Nazirliyi Xocavənd istiqamətində qoşunlarımız tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı SPIKE tipli tank əleyhinə idarə olunan raketin tətbiq edilməsi barədə erməni mətbuatının yaydığı məlumata cavab verib. Nazirlikdən bildirilib ki, son günlər düşmənin verdiyi onlarla itkilər arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxluq təşkil etdiyindən qarşı tərəf bu rəqəmləri məqsədyönlü şəkildə gizlədir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya