"Ermənistan Azərbaycan və Rusiyanın dostluq, əməkdaşlıq əlaqələrindən ibrət götürməlidir”
Bu sözləri "Sherg.az”a politoloq Tofiq Abbasov söyləyib.
Onun qənaətincə, ötən gün Rusiyan prezidenti Vladimir Putinin ölkəmizə səfər etməsi Azərbaycan adına sevindirici haldır:
"Nəzər almaq lazımdır ki, son bir ildə davamlı olaraq hər iki dövlət başçıları bir-birilərinin ölkələrinə səfər edirlər. Bu da Rusiya və Azərbaycanın siyasi əlaqələrinin yüksələn xətt üzrə inkişafını göstərir. Ölkəmizlə Rusiya fəal qonşuluq siyasəti həyata keçirməklə yanaşı, həm də bir çox sahələrdə tərəfdaşlıq, müttəfiqlik də edirlər. Məncə, region ölkələri xüsusən də Ermənistan bu faktorlardan ibrət götürməlidir.

Lakin işğalçı ölkə yenə öz riskli siyasətini davam etdirməkdədir. Bu da düşmənin qonşumuzun öz problemidir. Azərbaycan və Rusiyanın illəri əhatə edən bir dostluq, əməkdaşlıq əlaqələri var. Energetika, neft-qaz, bank sektoru, turizm, nəqliyyat, maşınqayırma, kənd təsərrüfatı və digər bu kimi sektorlarda hər iki ölkə tərəfdaşlıq edir.
Gələcəkədə Rusiya və Azərbaycanın əlaqələri daha da şaxələnəcək. Hesab edirəm ki, bu görüş ölkəmiz adına son dərəcə vacib idi. Artıq bundan sornra hər iki dövlət arasında yenilənən və daha da inkişaf edən əlaqələr, müttəfiqliklər qurulacaq”.
Kənan Eynuroğlu