Ermənistan-Rusiya gərginliyi Paşinyanın postunu itirməsi ilə nəticələnə bilər
12:04 17.08.2018
Arxiv
850
"Rusiyanın ikinci dərəcəli siyasətçiləri açıq şəkildə Ermənistan hökumətinin mövqeyi ilə bağlı sərt açıqlamalar verirlər. Sadəcə narazlıq bildirilmir, hətta İrəvan hakimiyyəti də təhdid edilir”.
Bunu Ermənistandakı siyasi proseslər və Moksva ilə yaranmış qarşıdurma ilə bağlı "Sherg.az”a danışarkən politoloq İlqar Vəlizadə deyib. Düşmən ölkədəki gərgin vəziyyəti dəyərləndirən analitik bəyan edib ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun açıqlamasından sonra Nikol Paşinyan hökumətinə qarşı çıxışlar artmaqdadır:
"Düzdür, sonrakı açıqlamalar nazirlər səviyyəsində verilmir, lakin dolayı yollarla gündəmə gələn bəyanatlar Ermənistandakı proseslərin Kremldə ciddi narahatlıq yaratdığını deməyə əsas verir. Hələlik, İrəvana mesajlar göndərilir. Paşinyan hökuməti xəbərdarlıqları qulaqardına vurmağa çalışsa da, daha dərinə getməyə risk etmir. Sabiq prezident Robet Koçaryanın həbsdən azad edilməsi də sübut edir ki, İrəvan Moskvanın təlimatlarını nəzərə almağa məcburdur. Qərbə meyillənmə müşahidə olunsa da, Paşinyan nəticə etibarı ilə Rusiyanın müəyyən etdiyi xəttdən kənara çıxmağa cəsarət etmir”.
Ekspertin sözlərinə görə, iki dövlət arasında şiddətlənən ziddiyyətlər Paşinyanın devrilməsi məsələsini aktual edir:
"Ancaq devrilmə kimin əli ilə olacaq, bax, əsas məsələ budur. Əvvəlki rejim öz iqtidarını bərpa etməyə cəhd göstərir. Problem isə ondadır ki, erməni cəmiyyəti Qarabağ klanının yenidən hakimiyyətə qayıtmasını istəmir. Yəni Sarkisyanın dəstəsi Paşinyanın getməsində maraqlı olsa da, bunu hansı yolla edəcəyini və xalqın etirazını necə dəf edəcəyini bilmir. Ona görə də gözləmə mövqeyi seçib. Ssenarinin nə zaman işə düşəcəyi bəlli deyil. Bilinən reallıq odur ki, yaxın aylarda Ermənistanda siyasi və iqtisadi vəziyyət pisə doğru dəyişəcək. Rusiyanın İrəvana iqtisadi təzyiqləri fonunda Paşinyanın hansı havanı çalacağı isə qarşıdakı aylarda aydın olacaq”.
Qeyd edək ki, MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev deyib ki, "Əgər Ermənistan Qərbin yanında olmaq istəyirsə, onda Qarabağ məsələsində Kremldən deyil, Qərbdən kömək istəsin”. Yevseyevin fikirincə, Ermənistanın ikili oyunu rəsmi İrəvan üçün ağır nəticələnə bilər: "Zamanında Serj Sarkisyan iki stulda oturmağa cəhd etdi. Nikol Paşinyan isə faktiki olaraq Qərblə əməkdaşlığı aktivləşdirib”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürəyi hər an dayana biləcək qadının həyatı xilas edildi
08:44 02.11.2026
Hadisə
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə