
Ermənistan silahlı qüvvələrinin təxribatları...
20:44 27.04.2016
Arxiv
434
Nəticədə Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhaliyə ciddi ziyan dəyib

Aprelin 5-də Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, aprelin 26-27-də erməni silahlı birləşmələri iri çaplı silahlardan, "Qrad” qurğusu, top və tanklardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini, habelə qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini intensiv atəşə tutublar.
AZƏRTAC xəbər verir ki, Ermənistan silahlı qüvvələri aprelin 26-da saat 01.15-dən saat 04.45-dək Tərtər rayonunun Qapanlı və Şıxarx istiqamətində yaşayış məntəqələrini şiddətli atəşə tutub, nəticədə Tərtər şəhərində 4, Qazyanda 6, Qapanlıda 2, Həsənqayada 5, Qarağacıda 2, Qaynaqda 2 ev olmaqla, 6 yaşayış məntəqəsində 21 evə qismən ziyan dəyib, Həsənqaya kəndində 1 ev tamamilə dağıdılıb. Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 110 kilovoltluq İsmayılbəyli, 110 kilovoltluq Goranboy-Naftalan-Tərtər, 35 kilovoltluq Tərtər-Şıxarx yüksək gərginlikli elektrik xətlərinə, Seydimlidə 160 kilovoltluq transformator yarımstansiyasına ciddi ziyan dəyib. Nəticədə 11 yaşayış məntəqəsinin elektrik enerjisi ilə təminatında problem yaranıb.
Aprelin 26-da gecə 22.00-dan 23.40-dək Tərtər rayonunun Yuxarı Qapanlı istiqamətində erməni silahlı qüvvələrinin atəşi nəticəsində Yuxarı Qapanlı kəndində 1 ev ciddi zədələnib, Əskipara kəndində 3, Seydimli kəndində 1 evə ziyan dəyib. Aprelin 2-dən başlayaraq Ermənistan silahlı birləşmələrinin iri çaplı silahlardan intensiv atəşləri nəticəsində çoxlu sayda yaşayış məntəqəsinə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan vurulub, dinc sakinlər həlak olub və ya yaralanıb. Ümumilikdə, Tərtər rayonunda 3, Ağdamda 1 mülki şəxs öldürülüb, 26 nəfər isə xəsarət alıb. Onların 10-nu Ağdam, 8-i Tərtər, 6-sı Goranboy, 1-i Füzuli, 1-i isə Ağcabədi rayonlarının sakinləridir. Ağdamda 98, Tərtərdə 198, Goranboyda 85 olmaqla, cəmi 381 tikiliyə ziyan dəyib ki, onlardan da 341-i evdir. Ziyan dəymiş evlərin 72-si Ağdam, 190-ı Tərtər, 79-u isə Goranboy rayonu ərazində yerləşir. Onlardan 300-ü zədələnib, 26-na ciddi ziyan dəyib, 15-i isə tamamilə dağıdılıb. O cümlədən atəşkəsdən sonra 27 evə ziyan vurulub. Onlardan 1-i tamamilə dağıdılıb, 1-i ciddi şəkildə zədələnib, 25-nə isə ziyan dəyib. Müəyyən edilib ki, ermənilərin atəşləri nəticəsində məktəblər, səhiyyə müəssisələri, uşaq bağçaları, mədəniyyət evləri və s. daxil olmaqla, 14 qeyri-yaşayış obyektinə, həmçinin 26 yardımçı tikiliyə ciddi ziyan vurulub. Həmçinin əhaliyə məxsus 290 baş mal-qara tələf olub. Bundan başqa, Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının qoşunların təmas xəttində yerləşən yaşayış məntəqələri istiqamətində əkin sahələrinə, həmçinin kommunal obyektlərə - elektrik, su, yol, rabitə təsərrüfatına, qaz xətlərinə ciddi zərər vurulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual