Ermənistan vətəndaşı Azərbaycandan sığınacaq almağa hazırlaşır
12:24 10.06.2014
Arxiv
412
Ermənistanın Tavuş vilayəti qubernatorunun keçmiş müşaviri Lyubik Çibuxçyan siyasi sığınacaq almaq üçün Azərbaycana müraciət etməyə hazırlaşır. APA-nın məlumatına görə, bu barədə L. Çibuxçyan Ermənistan prezidenti Serj Sarkisyana yazdığı və "Aravot” qəzetində dərc olunmuş açıq məktubunda bildirib.
L. Çibuxçyan qeyd edib ki, o, S. Sarkisyana artıq 13-cü cavabsız məktubu yazır. Həyat yolu və ictimai-siyasi fəaliyyəti barədə yazan keçmiş müşavir deyib ki, Azərbaycanla müharibə zamanı faizə pul götürərək yanacaq alıb və Qarabağa daşıyıb: "Sizin adınızdan mənə mənzil hədiyyə etdilər, amma aydınlaşdı ki, mən xidməti mənzildə yaşayıram. Qubernator və Seyran Ohanyan məni aldatdılar. Keçmiş qubernator Pavel Asatryan mənə təqdimat zamanı evin açarlarını verdi və merə onu özəlləşdirməyi tapşırdı. Amma mer polislərin müşayiəti ilə gəlib məndən açarı aldı. Bu evdə indi "Armekonombank" yerləşir. Yeni qubernator işdən çıxmağım haqda ərizə yazdıraraq məni 108 min dram dilənçi maaşından da məhrum etdi”.
L. Çibuxçyan məktubda xatırladıb ki, S. Sarkisyan onu əməkdar incəsənət xadimi kimi qızıl medalla təltif edib. Lakin medalın təmizlənməsi zamanı məlum olub ki, medal dəmirdən hazırlanıb. O, medalı S. Sərkisyana qaytaracağını bildirib: "Ermənistanda həya yalnız bir insanda var – məndə. Buna görə mən sizinlə bir millətdən olduğuma görə utanıram. Mən indi Azərbaycandan siyasi sığınacaq xahiş etməyə hazırlaşıram”.
Qeyd edək ki, L. Çibuxçyanın Putin haqqında 1226 sətirlik və nöqtəsiz, bir cümlədən ibarət kitabı Ginnesin rekordları kitabına düşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə
Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafı qəbul edib
17:48 24.06.2026
Gündəm
Milli Məclis və TBMM sədrləri görüşüb
17:40 24.06.2026
Gündəm
"Əks qütblərin dostluğu" əsəri Nəcibə İlkinin təqdimatında...
17:11 24.06.2026
Ədəbiyyat
Ukrayna İranda saxlanılan 4 dənizçisini geri qaytardı
16:58 24.06.2026
Gündəm
Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb
16:47 24.06.2026
Gündəm
Ukrayna İranda saxlanılan dörd dənizçisini geri qaytarıb
16:25 24.06.2026
Gündəm
Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapılıb
16:05 24.06.2026
Hadisə