Ermənistana məxsus PUA zərərsizləşdirilib




Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib. 

"Sherg.az" Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki PUA Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.