Ermənistanda vətəndaş müharibəsi... !- “Paşinyan iqtidarı çökmək üzrədir”
Fidan Həmişəyeva
11:17 16.11.2020
Arxiv
858
“Erməni baş nazir yenə də yalan danışmağa başlayıb. Guya Qarabağda erməni ordusu statusu qalacaq”
“Amma ölkəmiz Paşinyanın bu çıxışlarına görə diqqətli olmalıdır”
Rusiya və Ermənistan üçtərəfli bəyannaməni pozsa, Azərbaycan Türkiyənin dəstəyi ilə Xankəndi, Xocalı və Ağdərəyə ordu yeridə bilər”
Hərbi, iqtisadi böhran məngənəsində sıxılan Ermənistanda xaos getdikcə dərinləşir. Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. 44 günlük hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil. Onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər.
Ermənilər xarici siyasətdə də iflas etdiklərini anlayırlar. Özlərinə yaxın bildikləri, müttəfiq olaraq gördükləri dövlətlər artıq onlara siyasi və hərbi dəstək vermirlər. Bütün bunlar Ermənistanın uğursuz xarici siyasətini gözlər önünə sərib. İrəvanda keçirilən mitinqdə həm hakimiyyət, həm də müxalifət qüvvələri tərəfindən təxribatçılar iştirak edir. Onlar mümkün olduğu qədər vəziyyəti mürəkkəbləşdirməyə, hətta qan tökülməsinə çalışırlar. Biabırçı məğlubiyyətdən sonra Ermənistan ordusunda yüksək rütbəli zabitlərin əksəriyyəti istefa verib.
Erməni politoloq Ağasi Yenokyan özünün “Facebook” səhifəsində yazıb: “Nikolu müdafiə edənlərə böyük xahiş: bir az irəli baxın, Ermənistan təhlükə altındadır. İndi vacib olan Ermənistanı xilas etməkdir. Bizə yaxşı təşkilatçı, normal rəhbər lazımdır. İstəyir şeytan olsun, təki ölkəni bu vəziyyətdən çıxarmağı bacarsın”.
Ermənistanın vətəndaş müharibəsi astanasında olduğunu deyən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a bildirib ki, Ermənistan hazırda Azərbaycanın 1990-cı illərini yaşayır. Analitik qeyd edib ki, düşmən ölkədə olduqca ciddi qarşıdurma var:
“Paşinyan iqtidarı demək olar ki, çökmək üzrədir. Paşinyan hakimiyyətdə qalsa belə, yenidən Nazirlər Kabinetini formalaşdırmağa məcbur olacaq. O, yenə də yalan danışmağa başlayıb. Guya Qarabağda erməni ordusu statusu qalacaq. Yalan danışmaq ermənilərin xislətində var. Amma ölkəmiz Paşinyanın bu çıxışlarına görə diqqətli olmalıdır.
Rusiya və Ermənistan üçtərəfli bəyannaməni pozsa, Azərbaycan Türkiyənin dəstəyi ilə Xankəndi, Xocalı və Ağdərəyə ordu yeridə bilər. İmkan vermək olmaz ki, rus və ya ermənilər bu bəyannamədən bir addım geri çəkilsinlər. Azərbaycanın ərazi bütövlüyü, Xankəndi və digər rayonlar daxil olmaqla bu ilin sonuna qədər təmin edilməlidir. Əks halda yenidən müharibəyə başlamaq məsələsini ortaya qoyub, Rusiyaya təzyiqlər göstərmək lazımdır”.
Politoloqun qənaətincə, Paşinyanın hələlik iqtidarda qalmaq şansı var:
“İndiyə qədər iqtidarda qalıbsa, bu, o deməkdir ki, Ermənistan cəmiyyətinin bir hissəsi onu dəstəkləyir. Və ermənilər anlayırlar ki, onların bu bəyannaməyə razılıq verməsi ən pis etdiklərinin ən yaxşısıdır. Yəni ki, onsuz da məğlub olurdular.
Paşinyanın iqtidarda qalması Azərbaycana da sərf edir. Çünki Paşinyan iqtidarda qalsa və Qarabağ yükündən qurtulsa, tam qərbə çevrilə bilər. Beləliklə Rusiya-Ermənistan münasibətlərinin daha da gərginləşməsinin şahidi olacağıq. Onların münasibətləri nə qədər gərgin olsa, bu, bizim xeyrimizədir”.
Ə.Məmmədli vurğulayıb ki, Paşinyanın hakimiyyətdə qalmasına başda Fransa olmaqla qərb də maraqlıdır:
“Fikrimcə, “bu xəmir hələ çox su aparacaq”. Ermənistanda qərb və Rusiya arasında qarşıdurma genişləndikcə, Azərbaycan bundan maksimum istifadə etməyi bacarmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hindistanda daşqında ölənlərin sayı 85-ə çatıb
19:03 03.08.2026
Dünya
Almaniyada yeni virus yayıldı
18:56 03.08.2026
Sağlamlıq
Baş müşavir: Ərdoğan yenidən namizədliyini irəli sürə biləcək
18:38 03.08.2026
Gündəm
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edəcək
18:25 03.08.2026
Elm və Təhsil
İranda din qanlı rejimin edam maşınına çevrilib - İlahiyyatçı
18:08 03.08.2026
Gündəm
Tramp: Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib
17:57 03.08.2026
Dünya
Ermənistanın yeni hökuməti təsdiqləndi
17:47 03.08.2026
Region
Dövlət komitəsi Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirib
17:41 03.08.2026
Gündəm
Simonyanın gedişi Azərbaycan üçün müsbət siqnaldır - Ermənişünas
17:39 03.08.2026
Gündəm
İyulda hava iqlim normasından yuxarı olub
17:30 03.08.2026
Ekologiya
Çolpon-Ata Bəyannaməsi Türk dünyasının gələcəyinə yol açır - ŞƏRH
17:28 03.08.2026
Gündəm
İsrail Prezidenti: HƏMAS tam tərksilah edilməlidir
16:15 03.08.2026
Dünya
XİN: 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub
16:09 03.08.2026
Gündəm
Zərif: Belə getsə, Çin də İrana qarşı çıxacaq
15:47 03.08.2026
Dünya