Ermənistandakı fiaskonun kökləri.... - ŞƏRH
Banuçiçək Kalbalıyeva
07:58 26.12.2020
Arxiv
590
İrəvanda xaotik qarşıdurmalar davam edir. Paşinyanı devirmək istəyən müxalifət partiyaları, əslində Ermənistanın düşdüyü indiki dalan situasiyadan çıxmağın real yollarını təklif edə bilmədikləri üçün güclü təsirə malik deyillər. Belə bir şəraitdə Ermənistan baş naziri Nikol Paşinyanın siyasi taleyi sual altındadır. Bəziləri onun bir neçə aya "dəfn ediləcəyini", bəziləri isə hələ uzun müddət siyasi hakimiyyətdə "çal- çağır" edəcəyini düşünür.
Siyasi analitik Züriyə Qarayeva isə "Sherg.az"a açıqlamasında Ermənistandakı real vəziyyəti belə təhlil edib:
"Daşnakların güc yolu ilə indiki rejimi devirmək cəhdləri və müxalifətin baş nazir postuna "vahid " namizədi olan keçmiş baş nazir Vazgen Manukyan tərəfdarlarının parlamentə və hökumət binasına gedən yolları bağlama taktikası bir nəticə vermir. Bu günlərdə "Çiçəklənən Ermənistan" partiyasından Edmon Marukyanın kütlənin rəğbətini qazanmaq üçün Zəngəzurda ikinci Rusiya hərbi bazasının yerləşdirilməsi təklifi isə onun baş nazir olmaq arzularını "dəfn etdi".
Çünki o, indiyə qədər qatı qərb tərəfdarı olaraq Rusiya ilə əlaqələrin yox, NATO ilə inteqrasiyanın tərəfdarı idi. Moskva səfərindən sonra isə birdən birə siyasi baxışını 180 dərəcə dəyişərək, məlum populist təkliflə çıxış etdi. Cəmiyyət onun məntiqsiz və qeyri-ciddi siyasətçi olduğunu, kreslodan başqa heç nəyi düşünmədiyini anladı.
Ümumiyyətlə desək, İrəvanda Paşinyanı müharibədə məğlubiyyətin simvolu kimi gördükləri üçün onun istefasını istəyirlər. Əslində Ermənistanın düşdüyü hərbi-siyasi çıxılmazlığın və iqtisadi tənəzzülün kökləri çox dərindir. Paşinyanın yerində Ter-Petrosyan da olsaydı, Köçəryan-Sərkisyan iqtidarlarının xəyallara sürüklədiyi Ermənistan, mütləq məğlubiyyətə düçar olacaqdı.
Regionun ən güclü ordusuna və qüdrətli iqtisadiyyata malik olan Azərbaycan qarşısında ermənilərin özgə torpaqlarında qurduqları qəsbkarlıq epopeyaları fiaskoya uğramalı idi.
Z.Qarayeva, həmçinin erkən seçkilərin nəticələri barədə da proqnoz verib:
"Görünən odur ki, Rusiya Paşinyanın hələlik qalmasını istəyir. Zənnimcə, Paşinyan kapitulyasiya aktını imzalayandan indiyədək cəmiyyətin "nəbzini tutmağı" və müxalifəti saf-çürük etməyi bacardı. İndi artıq o erkən seçkilərə getməyə hazırlaşır. Ancaq bu yolla o, ən pis halda parlament fraksiyası başçısı, ən yaxşı halda isə koalisiya hökumətinin üzvü ola bilər.
Bununla da "məğlubiyyətin simvolu" qəzəbli kütlənin edamından və hüquqşunasların "vətənə xəyanət" təqsiri ilə məhkum etmək iddialarından canını qurtarmış olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə