"Bu baxımdan indiki şəraitdə rəsmi İrəvanın Dağlıq Qarabağla bağlı danışıq aparamağa vaxtı və gücü yoxdur”
Bunu "Sherg.az”a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Ermənistandakı gərgin durumla bağlı fikirlərini bəyan edən politoloq bildirib ki, baş nazir Nikol Paşinyan və onu dəstəkləyən siyasi qüvvələr cari ilin dekabrında növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir. Lakin Paşinyanı aprel-may aylarında etiraz aksiyalarında müdafiə etmiş "Tsrukyan” bloku seçkilərin yazda keçirilməsi tərəfdarıdır:

"Nikol Paşinyan "Daşnaksütyun” Partiyasında olan qubernatorları və nazirləri istefaya göndərir. Başqa sözlə, Paşinyan başçılıq etdiyi siyasi qüvvənin təkhakimiyətliliyinə nail olmağa çalışır. Düşmən ölkədəki gərgin vəziyyət Qarabağın işğal altında saxlanılmasını uzadır. Bu şərait Azərbaycanı qane etmir. Heç şübhəsiz beynəlxalq vasitəçilər münaqişənin həlli ilə bağlı ciddi əməli iş görməsə də, işğalın radikal şəkildə həllinin yolverilməz olduğunu vurğulayırlar. Odur ki, Azərbaycan Ermənistanda vəziyyətin normallaşmasını gözləyəcək. İndiki şəraitdə başqa variant mümkün görünmür”.
İsmayıl