“Eşq ağrısı” çəkdi

Əkizlərə hamilə olan qadın öz qarnına bıçaq sancdı
Ədirnədə əkiz körpələrə hamilə olan 35 yaşlı G. O., sevgilisinin ondan ayrılması ilə mətbəxdə öz qarınına bıçaq sancdı. Xəstəxanaya aparılan G. O. "eşq ağrısı” çəkdiyini ifadə edib. Körpələr üçün həyati təhlükənin olmadığı müəyyən olunub.
İlkin ifadəsində qarınındakı körpələri öldürmək üçün bıçağa əl atdığını söyləyən G. O., 5 gün sonra xəstəxanadan buraxılıb. Müayinə zamanı əkiz körpələrin həyatına bir təhlükə olmadığı aydın olub. Polis mərkəzində ifadəsi alınan G. O., adını vermək istəmədiyi sevgilisindən ayrıldığını ifadə edərək, "Eşq acısı çəkirdim. Mətbəxdən götürdüyüm bıçağı qarınıma sancdım. Evə gələn qonşum görüncə məni xəstəxanaya çatdırdı. 6 həftəlik hamiləyəm. Keçmiş sevgilimdən körpənin doğulmasını istəmədim. Kimsənin günahı yoxdur” deyib.