Proteinlərin geniş yayılması onların zərərləri haqqında da tez-tez müzakirələrə səbəb olur. Bu qidaların orqanizmə mənfi və müsbət təsirləri haqqında "Sherg.az”a danışan tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, əslində proteinlərin ciddi ziyanları yoxdur. Həkim bildirib ki, idman üçün nəzərdə tutulan, asan həzm ediləsi, təmiz zülal şəklində hazırlanan proteinlər texniki standartlara uyğun olarsa, onlardan zərərsiz istifadə etmək mümkündür:
"Əzələləri şişirdən proteinlər hormonal asılılıq yarada bilər” - Həkim
16:25 04.09.2018
Arxiv
1124
Son illərdə gənclərin idmanla məşğul olması, idman zallarında zaman keçirməsi ən çox müşahidə etdiyimiz haldır. Xüsusilə, oğlanlar ideal bədən quruluşuna sahib olub, digərlərindən fərqlənmək üçün idman qidalarından da geniş istifadə edirlər.
Tələbatın çox olması Bakıda və digər şəhərlərdə proteinlərin, idman qidalarının satıldığı mağazaların da sayını artırıb.
Demək olar, hər addım başı proteinlər satılan mağazalara rast gəlirik. Protein tərkibli preparatlar həkim resepti olmadan satıldığına görə, istənilən yaş qrupuna aid şəxslər onları əldə edə bilirlər.
Proteinlərin geniş yayılması onların zərərləri haqqında da tez-tez müzakirələrə səbəb olur. Bu qidaların orqanizmə mənfi və müsbət təsirləri haqqında "Sherg.az”a danışan tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, əslində proteinlərin ciddi ziyanları yoxdur. Həkim bildirib ki, idman üçün nəzərdə tutulan, asan həzm ediləsi, təmiz zülal şəklində hazırlanan proteinlər texniki standartlara uyğun olarsa, onlardan zərərsiz istifadə etmək mümkündür:"Sadəcə, idmançılar formada olmaq üçün hormonlar qəbul edirlər. Bu hormonlar proteinlərin əzələyə çevrilməsinə kömək edir. Problem yaradan məqam odur ki, hormonlar insanların inkişafına, orqanizmin fəaliyyətinə neqativ təsir göstərir. Çalışmaq lazımdır, çəki, əzələ kütləsi almaq üçün hormonlardan istifadə edilməsin.
Yeniyetmələrə, uşaqlara başa salmalıyıq ki, proteinlərdən istifadə edib, idmanla məşğul olduqda, bədənin öz resurslarından yararlansınlar. Orqanizm hormonal olaraq, əlavə yüklənməsin. Çünki vurulan hormonlar orqanizmin daxilində istehsal edilən hormonların miqdarını azaldır. Nəticədə yeniyetmələrdə hormonal asılılıq yarana bilər”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət