Facebook-dan YENİLİK - İntihara meylli istifadəçilər müəyyən olunacaq




Facebook sosial şəbəkəsi intihara meylli istifadəçiləri müəyyən etmək üçün süni intellektdən istifadə edəcək.

"Vediinfo.az" BBC-yə istinadən xəbər verir ki, süni intellekt istifadəçilərin statuslarını və həmin statuslara yazılan kommentləri analiz edəcək.

İntihara meylli şəxs müəyyən olunduqdan sonra onun dosyesi araşdırmaçı qrupa göndəriləcək. İlk mərhələdə ABŞ-dakı bir sıra psixoloji dəstək təşkilatları ilə əməkdaşlıq edəcək Facebook komandası bu addımlar hesabına intihar edən insanların sayının azalmasına və onlara öncədən yardım edilməsinə çalışır.
2016-cı ilin dekabrında isə Facebook dezinformasiya xarakterli məlumatlara qarşı mübarizə elan etmişdi.