"Facebook"a daxil olan mesajlar daha çox nəylə bağlıdır ? - AÇIQLANDI




2 milyard istifadəçisi olan "Facebook" bu şirkətə daxil olan mesajların xarakteri ilə bağlı açıqlama verib. 

Sherg. az "Lemonde.fr"ə istinadən bildirir ki, müəssisəyə həftə ərzində 66 minə yaxın mesaj daxil olur ki, onlar daha çox bu sosial şəbəkədəki təhqiramiz ifadələrlə, zorakılıqlarla, irqçilik və homoseksuallıqla bağlı olur. 

Bu məsələlər insanlarda narahatlıq və narazılıq yaradır və nəticədə onlar şirkətə şikayət məktubu göndərirlər. Əlbəttə, biz istəyirik ki, bu mövzular mədəni ölçülər daxilində müzakirə olunsun. Amma əksər hallarda müzakirələr mübahisələrə sonra isə bu hal söyüşə, təhqirə qədər gəlib çıxır.

Ayyət Əhməd