"Formula-2" - də qəza: 3 bolid bir-biri ilə toqquşub




Bakıda "Formula-2" üzrə keçirilən ikinci yarışda qəza baş verib.

ONA-nın məlumatına görə, ikinci döngədə 3 bolid bir-biri toqquşub.

Bu səbəbdən də Luis Deletraz ("Karlin”), Ralf Boşunq ("Trident”) və yarışın yeganə xanım pilotu Tatyana Kalderon (BWT Arden) yürüşdə mübarizəni dayandırıblar.