Fransa dərhal vasitəçilikdən çıxarılmalıdır
08:49 17.11.2018
Arxiv
990
Rəsmi Parisin mövqeyi separatizmi dəstəkləmək anlamına gəlir
Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədr missiyasını icra etsə də, ənənəvi ermənipərəst siyasətini davam etdirir. Məlumdur ki, Fransa Prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, Azərbaycana gəlmədi. Halbuki Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlılıq prinsipini hər zaman qoruyur. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da balanslı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi. Lakin Fransa şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək qondarma rejimlə "sazişlər” imzalayırlar.
Eyni zamanda separatçıların rəhbəri Bako Saakyan hər fürsətdə Fransaya səfər edir və bir sıra siyasilərlə görüşür. Ancaq rəsmi Paris bu cür qanunsuzluqların qarşısının alınması üçün heç bir tədbir görmür. İctimaiyyət nümayəndələri hesab edirlər ki, qarşılıqlı olaraq qanunsuz səfərlərin həyata keçirilməsi, sadəcə, Azərbaycan-Fransa arasında ikitərəfli əməkdaşlığa zərbə vurmur, həmçinin beynəlxalq hüququn norma və prinsiplərini də kobud şəkildə pozur.
Fransa rəsmilərinin arzuolunmaz addımlarını "Şərq”ə dəyərləndirən "Sülh və Münaqişələrin Həlli Mərkəzi”nin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Paris hökumətinin Azərbaycana qarşı siyasətində erməni amilini qabartması bu ölkənin öz prinsiplərini ayaqlar altına almasına gətirib çıxarır. Ekspert bəyan edib ki, rəsmi Paris öz vasitəçilik missiyasına hörmətsizlik edir:
"Öz prinsiplərini tapdalayan ölkə necə Qarabağ danışıqlarında beynəlxalq hüququn təmin olunmasına çalışa bilər?! Ona görə də Fransa vasitəçilikdən çıxarılmalıdır. ATƏT-in Minsk Qrupunda Fransanın əvəzlənməsi labüddür. Rəsmi Paris mütləq surətdə Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın Fransaya səfərinə icazə verməməli idi. Hazırkı məqamda rəsmi Parisin mövqeyi separatizmi dəstəkləmək anlamına gəlir. XİN Fransa səfirindən izahat tələb etməli, bu ölkəyə nota verməlidir. Hətta Fransadakı səfirimiz məsləhətləşmək üçün Bakıya çağırılmalıdır”.
Analitik bildirib ki, ermənilərin Qarabağda yeni su anbarı tikintisinə Fransa şirkətləri də maliyyə ayıracaq:
"Fransa şirkətlərinin nümayəndələri yoxlanılarsa, hazırda Qarabağda bu layihənin icrası və smeta işləri ilə məşğul olduqları üzə çıxar. Fransanın davranışı beynəlxalq qanunların pozulması və dost, tərəfdaş ölkə olan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. Sabah Fransanın tərkib hissəsi olan Korsika adasında separatizm baş qaldırsa və separatçıları hansısa dövlət qəbul etsə, o zaman Paris beynəlxalq hüquqdan danışacaq, sərt reaksiya verəcək. Hesab edirəm ki, Qarabağ icması Fransanın ölkəmizdəki səfirliyinə müxtəlif yollarla etiraz etməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət