Fransa Əliyev - Sarkisyan görüşünü öz ərazisində təşkil etməyə hazırdır
19:19 28.03.2017
Arxiv
378
Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü öz ərazisində təşkil etməyə hazırdır. APA-nın "News.am”a istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti bu gün Xankəndidə həmsədrlərin separatçıların başçısı Bako Saakyanla görüşündə deyib.
Yüksək səviyyədə görüşün mümkünlüyünə dair suala fransalı diplomatın cavabı belə olub:
"Müvafiq şərait yarandıqda görüş, əlbəttə ki, baş tutacaq. Görüş Fransada keçirilə bilər. Biz görüşün Fransa ərazisində təşkil etməyə hazır olduğumuzu bildirmişik. Əsas görüşün məhsuldar olmasıdır”.
Diplomat atəşkəs rejiminə riayət olunmasının vacibliyini qeyd edib: "Biz ilk növbədə istərdik ki atəşkəsin pozulması hallarına yol verilməsin. Bu çox vacibdir. Əks təqdirdə danışıqları necə aparmaq olar? Eyni zamanda da irəliləmək də lazımdır”.
"Əməkdaşlığımıza gəlincə isə, qeyd etmək istərdim ki, proses gedir. Bunu hamı müşahidə edə bilmir, bu hamıya məlum deyil. Əlbəttə ki, biz detalları açıqlaya bilmərik, danışıqlar konfidensial şəkildə aparılır. Lakin bu o demək deyil ki, heç nə edilmir. Mürəkkəb prosesdir, siz bunu çox yaxşı anlayırsınız. Eyni zamanda aramızdakı, prezidentlər arasında dialoq çox dolğundur və məzmunludur”, - deyə diplomat bildirib.
Stefan Viskonti bundan əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə Fransa prezidenti ilə görüşdüklərini xatırladaraq, onlar arasında münaqişənin nizamlanmasına dair geniş və intensiv danışıqların aparıldığını qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm