Fransa Senatının yüksək vəzifəli məmuru şübhəli şəxs qismində saxlanılıb –Casusluqda ittiham olunur




Fransa Senatının yüksək vəzifəli məmuru Benoit Quennedey Şimali Koreyaya "həssas” məlumatların ötürülməsində şübhəli bilinir.

Fransa-Koreya Assosiasiyasının prezidenti olan B.Quennedey Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən saxlanılıb.

İstintaq aparılır.(AZƏRTAC )