Fransalı professorun Qarabağ münaqişənin həllinə dair təklifinə MÜNASİBƏT: "..vəziyyəti dəyişdirməyəcək !
15:23 09.08.2018
Arxiv
748
"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında əsas məsələ erməni xalqının qərarıdır”.
Bunu "Sherg.az”a fransalı professor Jak Soppelsanın Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə digər dövlətlərin cəlb edilməsi barədə təklifinə münasibət bildirərkən millət vəkili Rüfət Quliyev söyləyib.
O diqqətə çatdırıb ki, ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin dəyişib-dəyişməməsindən asılı olmayaraq, sülh prosesində ciddi dəyişiklik olmayacaq:
"Hazırda Minsk qrupunda təmsil olunan dövlətlər də güclüdür. Belə bir ifadə var: toplananları dəyişdikdə, cəm dəyişmir. Ona görə, hesab edirəm ki, həll prosesində iştirak edən dövlətlərin dəyişməsi ciddi müsbət nəticələr vəd etmir.
Minsk qrupunun fəaliyyəti bizi qane etmir. Bunu dəfələrlə qeyd etmişik. Amma bilirik ki, bu prosesin arxasında hansı qüvvələr dayanır. Həmin qüvvələrin belə mövqeyinə baxmayaraq, erməni xalqının obyektiv mövqeyə gəlməsi əsasdır. Həll prosesinə təsir edən amillərdən biri də Ermənistandan kənarda məskunlaşan lobbinin mövqeyidir. Ona görə, prosesə əlavə qüvvələrin, fərqli dövlətlərin daxil olması vəziyyəti dəyişdirməyəcək.
Erməni xalqı ayağa qalxıb, Qarabağın qayıtması qərarını versə, Ermənistan üçün də müsbət gələcək şansı yaranacaq. Bununla yanaşı Dağlıq Qarabağda yaşayan ermənilər də normal şəkildə yaşaya biləcəklər. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, torpaqlarımız işğaldan azad olunsa, Azərbaycan hökuməti Qarabağa analoqu olmayan muxtariyyət verməyə hazırdır”.
Qeyd edək ki, J. Soppelsanın sözlərinə görə, artıq uzun illərdir, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyəti heç bir nəticə vermir:
"Mən Dağlıq Qarabağ münaqişəsinin həllində bu qurumun nümayiş etdirdiyi zəiflikdən təəssüflənirəm. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) var və onlardan üçü ATƏT-in Minsk qrupunun həmsədridir. Hesab edirəm ki, həmsədrlərin sayını artırmaq, Minsk qrupuna yeni dövlətlər cəlb etmək lazımdır”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial