Füzuli Məmmədovun addımının davamı olmalıdır
09:04 14.02.2017
Arxiv
571
“Cocuq Mərcanlının bərpası üçün 3 milyon manat vəsait ayıran iş adamı Azərbaycanın milli mübarizəsinə səngərdə vuruşan əsgərimiz qədər töhfə verib”
Tanınmış azərbaycanlı iş adamı, "Dünya Azərbaycanlıları İttifaqı”nın rəhbəri Füzuli Məmmədov (Frenk Elkapone) Prezident İlham Əliyevin sərəncamına dəstək olaraq Cocuq Mərcanlının bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib.
O, modern.aza açıqlamasında dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə Prezident və hökumətə dəstək nümayiş etdirməyə çağırıb:
"Prezident İlham Əliyevin müvafiq sərəncamına dəstək olaraq "Dünya Azərbaycanlıları İttifaqı” azad olunmuş Azərbaycan ərazilərinə sərmayələrin cəlb olunmasında iştirak etməyə hazırdır. "Dünya Azərbaycanlıları İttifaqı” başda mən olmaqla, ilkin olaraq erməni işğalından azad edilmiş torpaqlarımıza 3 milyon manat vəsait qoymağa hazır olduğumuzu bəyan edir və bütün dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə Prezidentimizə və hökumətimizə dəstək nümayiş etdirərək yardımlarını əsirgəməməyə çağırırıq. Çox ümid edirəm ki, Cocuq Mərcanlıdan sonra erməni işğalından azad olunacaq Xankəndinin, Xocalının, Şuşanın, Ağdamın, Laçının, Qubadlının və Azərbaycanın digər şəhər və kəndlərinin də bərpasında iştirak edəcəyik. Bu gün Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək, vətənimizi etibarlı müdafiə edir və addım-addım onun işğal olunmuş torpaqlarını azad edirlər. Biz, bütün dünyada olan azərbaycanlı iş adamları öz növbəmizdə əsl vətənpərvərlik göstərməli və Azərbaycan hökumətinə bu ərazilərin bərpa olunmasında kömək etməliyik”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında deyib ki, Füzuli Məmmədovun addımı digər iş adamları üçün örnək olmalıdır:
"Dünya təcrübəsi də göstərir ki, böyük milli layihələr heç də sadəcə dövlət tərəfindən reallaşdırılmır. Sosial paylaşım fonunda atılan addımlar çox gözəl nümunələr yaradır. Bir sıra beynəlxalq şirkətlər öz fəaliyyətlərini həyata keçirdikləri ölkələrdə bir sıra mühüm və humanitar layihələrin reallaşdırılmasında əhəmiyyətli rol oynayırlar. Burada söhbət yalnız həmin cəmiyyətlərə inteqrasiya etməkdən, yaxud da ictimai nüfuz qazanmaqdan getmir”.
Cocuq Mərcanlının bərpasına bir azərbaycanlının 3 milyon vəsait ayırmasının təqdirəlayiq hal olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, bu cür humanist insanların sayı azaldığı üçün bəzi hallarda bu cür məlumatlar insanlarda şübhə belə doğrur: "Biz düşmənlə mübarizədə hər zaman dövlətin vəzifələrini qabardır, ordumuzun gücünü vəsf edirik. Amma unuduruq ki, Azərbaycan xalqı sadəcə diplomatdan, siyasi xadimdən və səngərdə döyüşən əsgərdən ibarət deyil. Qarabağ münaqişəsi də sadəcə sadaladığım bu təbəqənin davası deyil. Qarabağ bizim milli davamızdır. Deməli, hər bir vətəndaş özlüyündə ümumxalq mübarizəsinə qoşulmalı, bu və ya digər formada öz töhfəsini verməlidir. Söhbət milyonlardan getmir. Həmyerlimizin bu addımı hər şeydən əvvəl xeyirxahlıq nümunəsidir. Son illər Azərbaycanda xeyriyyəçilik işləri bir o qədər də inkişaf etməyib.
Nə zamana kimi biz Hacı Zeynalabdin Tağıyevləri, Dadaşovları misal göstərəcəyik?! Axı onların davamçıları günümüzdə də var. Hansı ki, sərvətləri də qətiyyən köhnə Bakı milyonçularının sərvətindən az deyil”.
Füzuli Məmmədovun dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə Prezident və hökumətə dəstək nümayiş etdirməyə çağırmasına gəldikdə isə millət vəkili deyib ki, digər iş adamlarının da bu kampaniyaya qoşulması arzuolunandır:
"Füzuli Məmmədov İtaliyada yaşadığı halda Cocuq Mərcanlı kəndinin yenidən qurulması üçün 3 milyon manat vəsait ayırıb. Bu, bir adam üçün çox böyük rəqəmdir. Digər xarici ölkələrdə də xeyli sayda iş adamlarımız var. Hesab edirəm ki, Füzuli Məmmədovun başlatdığı xeyriyyəçilik ənənəsini onlar davam etdirməlidirlər. Əmin olsunlar ki, bu cür əhəmiyyətli işlərə sərf olunan vəsaitlər itmir. Onlar dolayı və ya birbaşa sahiblərinə qayıdır. "Harvard” Universiteti güclü ali təhsil müəssisəsinə məhz ona görə çevrilib ki, onun yetirmələri sonradan müxtəlif məkanlarda tanınmış simalara çevrilərək öz universitetlərinə dəstək olub, hər şeydən əvvəl "Harvard”ın adını dünyanın dörd bir yanına daşıyıblar. Hesab edirəm ki, bu gün Cocuq Mərcanlının bərpası üçün 3 milyon manat vəsait ayıran iş adamı Azərbaycanın milli mübarizəsinə səngərdə vuruşan əsgərimiz qədər töhfə verib”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət