Füzulidə “Qrad” qalıqları tapıldı





Füzuli rayonunda hərbi sursat aşkarlanıb. Lent.az-ın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən verdiyi xəbərə görə, rayonun Böyük Bəhmənli kəndi – Füzuli rayon Tibb Mərkəzinin qarşısından keçən Horadiz-Bakı avtomobil yolunun tikinti işləri gedən hissəsinə baxış keçirilib, 1 ədəd partlamış "Qrad” raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 600 kv.m ərazi yoxlanılıb.