Gediş haqları 20 faiz bahalaşır




Azərbaycanda ölkədaxili sərnişin və sürət qatarlarında qiymətlər fərqli olacaq.

"Azərbaycan Dəmir Yolları” QSC-dan Lent.az-a verilən məlumata görə, sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, gediş haqlarının tənzimlənməsi üçün iyulun 15-dən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.

APA-nın xəbərinə görə, ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalının tətbiqi qiymətlərin 20% artırılması deməkdir.