Gələn həftə 62 əcnəbi deputat Bakıya futbol yarışına gəlir
15:20 02.03.2018
Arxiv
2017
Gələn həftə Bakı tarixində ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək. Martın 9-11-i arasında gerçəkləşəcək futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub.
Turnir Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə həyata keçiriləcək.
Bu barədə "Sherg.az"a Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.
O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili "Cümhuriyyət ili” elan edib.
"Ölkə başçısı bununla bağlı xüsusi sənəd imzalayıb. Müstəqil Azərbaycanın 100 illiyini qeyd etmək bizim nəslin qismətinə düşüb.
Biz də Prezidentimizin bu çağırışlarına qoşularaq, 5 ölkədən deputat dəvət etmişik.
Bir daha qeyd etmək istəyirəm ki, idman və siyasətin vəhdəti olan bu futbol turniri həm ölkəmizin, həm də Milli Məclisin tarixində baş tutan ilk beynəlxalq Parlament idman tədbiri olacaq.
Beynəlxalq əhəmiyyətli bu tədbir Azərbaycan Milli Məclisinin, Türkiyənin idman və gənclər naziri başda olmaqla Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının Gənclər Siyasətinin İdman və Turizm Komitəsinin sədri başda olmaqla Ukrayna Ali Radasının, Polşa Seyminin Fiziki Mədəniyyət, İdman və Turizm Komitəsinin sədri başda olmaqla Polşa Seyminin və Latviya Seyminin Parlament komandalarının iştirakı ilə keçiriləcək.
Turnirdə adlarını çəkdiyim ölkələrdən 82 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 62 nəfər millət vəkili, digərləri isə keçmiş millət vəkilləri və Parlament aparatlarının əməkdaşlarıdırlar”.
F.Muradov bildirib bu turnir həm də parlamentarilər arasında sağlam həyat tərzinin təbliği baxımından böyük əhəmiyyətə malikdir:
"Azərbaycanın həm də böyük idman ölkəsi olduğuni əyani şəkildə qonaqların diqqətinə çatdıracağıq. Ulu öndər zaman-zaman vurğulamışdı ki, biz idman vasitəsilə özümüzü, ölkəmizi, gerçəkliklərimizi, potensialımızı dünyaya təbliğ edə bilərik.
Azərbaycan Prezidentinin ölkəmizdə idmana qayğı və diqqəti nəticəsində biz bütün sahələrdə olduğu kimi, idmanda da dünya səviyyəsində sözümüzü deyirik.
Birinci Avropa Oyuynları, İslam Həmrəyliyi Oyunları bu baxımdan xüsusilə əhəmiyyətli oldu. Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu möhtəşəm beynəlxalq idman yarışlarının təşkilatçılığına rəhbərlik etməsi öz nəticəsini verdi. Bu, dünya idman ictimaiyyətinin qəbul etdiyi, etiraf etdiyi məsələdir.
Ona görə də biz deputatlar da qərara aldıq ki, bu çağırışlara cavab verə biləcək bir addım ataq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya
Berlin Azərbaycanın sülh gündəminə dəstək verir - ŞƏRH
17:14 22.07.2026
Gündəm
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
16:34 22.07.2026
Dünya