Gəlin, mitinqdə çıxış edin!

Ərdoğan müxalif liderlərinə rəsmi təklif göndərib



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənlə bağlı müxalifət nümayəndələrinə rəsmi təklif göndərib. Ərdoğan AKP sədri Binəli Yıldırım, CHP lideri Kamal Kılıçdaroğlu və MHP başqanı Dövlət Baxçalını 7 avqustda keçiriləcək "Demokratiya və Şəhidlər" mitinqində iştiraka dəvət edib.
Ərdoğanın müxalifət liderlərinə mitinqdə çıxış etmələri üçün də çağırış etdiyi bildirilib.