"Gəncədə dini durumla bağlı heç bir problem yoxdur" - Mübariz Qurbanlı
12:38 11.07.2018
Arxiv
336
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncədəki hadisələrin dindarların narazılığı zəminində baş verməsi ilə bağlı iddialara münasibət bildirib.
M. Qurbanlı APA-ya müsahibəsində bildirib ki, Gəncədə dini durum, dini ibadətlərin yerinə yetirilməsində heç bir problem olmayıb və yoxdur: "Gəncədəki məscidlər normal şəkildə fəaliyyət göstərir, inanclı insanlar ibadətlərini edirlər. Qafqaz Müsəlmanları İdarəsitərəfindən o məscidlərə rəsmi din xadimləri təyin olunub, bu ildən isə Mənəvi Dəyərlərin Təbliği Fondunun vasitəsilə məscidlərdə rəsmi təyinatı olan din xadimlərinə maddi dəstək verilir. Bundan başqa, respublikanın digər yerlərində olduğu kimi, Gəncədə də silsilə dini maarifləndirmə tədbirləri keçirmişik.
Xüsusilə də "İmamzadə” kompleksinin əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsi ilə inanclı insanlara daha geniş imkanlar yaradılıb. Yəni Gəncədə kimlərsə dini ayinlərin icrasına hansısa formada maneələr olur deyərək, hadisəni dinə bağlamağa çalışırlarsa, bu, tamamilə əsassızdır. "İmamzadə” kompleksində ətraf bölgələrdən də inanclılar toplaşaraq rahat şəkildə Aşura mərasimlərini qeyd edirlər. Amma bir neçə ildir ki, bu cür təxribatçı qruplar Gəncədə Aşura günlərində polisi təxribata çəkərək qarşıdurma yaratmağa çalışırlar. Ötən il bunu açıq formada etdilər və bir neçə polisə də zərər yetirdilər. Yəni son hadisəyə qədər bu formada müəyyən qrupların hazırlandığı, Gəncədə təxribat törətmə planları müşahidə olunurdu. Ancaq qarşısını almaq üçün Dövlət Komitəsi, QMİ, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə proflaktik tədbirlərimizi görürdük. Ümumilikdə Azərbaycanda insanların dini ayinlərdə iştirakı miqyasına görə əhalinin 3-4 faizini təşkil edir. Başqa bölgələrlə müqayisədə Gəncədə də bu rəqəm yüksək deyil”.
Komitə sədri deyib ki, istər Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin təşkili, istərsə də ardınca iki yüksək rütbəli polis zabitinin şəhid edilməsi sırf xarici və daxili qüvvələrdən qidalanan bir qrup ekstremist və radikalların əməlidir:
"Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi layihələr təbii ki, bəzi dairələri narahat edir. Bu da onların daxildəki təxribatçı qüvvələri işə salması, təəssüf ki, bəzi gənclərin də buna alət olması ilə nəticələnir. Cinayəti törədən qatillərin əməlləri onların kimliyini bir daha göstərir. Amma bu kimi hallar Azərbaycan dövlətini sarsıda bilməz. Onlar qanunun ən sərt üzü ilə cəzalarını alacaqlar. Azərbaycanda dini kəsimə yüksək dövlət qayğısı var, bizdə dinlər və dindarlar fəaliyyətlərində azaddırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət