Gənclər Fondu 9-cu qrant müsabiqəsinə yekun vurub
19:28 15.09.2016
Arxiv
397
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan APA-ya verilən məlumata görə, toplantının gündəliyinə 9-cu qrant müsabiqəsinin yekunları, Fondun müsabiqələrində iştirak etmək üçün elektron ərizə formalarında dəyişikliklərin edilməsi və s. məsələlər daxil edilib.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 9-cu müsabiqə barədə məlumat verərək bildirib ki, 2016-cı il iyulun 25-dən avqustun 25-dək gənclər təşkilatlarından Fonda "A” (yerli layihələr) kateqoriyası üzrə 159, "B” (beynəlxalq layihələr) kateqoriyası üzrə 10 layihə təklifi daxil olub.
Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını indiyədək təqdim etməyən resipiyentlərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər.
Aparılan müzakirələr nəticəsində "A” kateqoriyası üzrə 110, "B” kateqoriyası üzrə 5 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş 115 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1 052 000 manat vəsaitin ayrılması nəzərdə tutulub (həmin layihələrin siyahısı 2016-cı il sentyabrın 17-də Fondun rəsmi internet səhifəsində yerləşdiriləcək).
İclasda qeyd edilib ki, 2016-cı ilin əvvəllərindən etibarən keçirilən müsabiqələrin mövzuları sırasına Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı təşəbbüslər daxil edilib. 8-ci qrant müsabiqəsində gənclər təşkilatlarının Gəncə şəhərində keçirilməsi planlaşdırılan 28 yerli və 6 beynəlxalq, fiziki şəxslərin isə 59 layihəsinə dəstək verilib, onların icrası üçün 595.400 manat vəsait ayrılıb. Hazırkı müsabiqənin yekunlarına görə isə Gəncədə reallaşdırılması nəzərdə tutulan 5 yerli və 3 beynəlxalq layihə dəstəklənib.
Gündəlikdə duran digər məsələ - qrant müsabiqələrində iştirak etmək üçün elektron ərizə formalarında dəyişikliklər edilməsi barədə məlumat verən Fondun aparat rəhbəri F.Qürbətov layihələrin tərtibatının daha da təkmilləşdirilməsinə, bir sıra sualların konkretləşdirilməsinə ehtiyac olduğunu diqqətə çatdırmışdır. Müşahidə Şurası üzvlərinin müzakirələrindən sonra, işçi qrupu tərəfindən ərizə formalarına təklif edilən dəyişikliklər təsdiq olunub.
İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Müşahidə Şurasının üzvləri - gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, "Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Təşkilatları Milli Şurasının təmsilçisi Şahin Seyidzadə və başqaları iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm