Getdikcə ağaca çevrilir

Fotoda acı dolu baxışlarla poza verən kiçik uşağın adı Ripon Sallanardır. Özü Banqladeşlidir… Dünyada nadir rast gəlinən və xalq arasında "ağac xəstəliyi” kimi tanınan çətin bir dəri narahatlığı ilə mübarizə aparır. Son zamanlar artan ağrıları səbəbiylə müalicə ümidiylə artıq xəstəxanadadır.
Tibbdəki adı "Epidermodisplazya verruciformis"… 7 yaşındakı Ripon Sallanar gün keçdikcə ağac insana çevrilir. İndiyə qədər ailəsi tərəfindən xəstəliyiylə mübarizə üçün heç bir səy göstərilməyən Ripon ilk dəfə xəstəxanaya aparılıb. Getdikcə bədənini bürüyən ağac toxuması kiçik uşağın öz başına hərəkətinə və yemək yeməsini qeyri-mümkün edir. Hələ 2 gündür müalicə tətbiq olunan Ripon üçün həkimlər ümidlidir. Onlar əməliyyatla əllərindəki və ayaqlarındakı qabıqların alına biləcəyini söyləyirlər. Bir il içində uşağın 15 əməliyyat keçirməsi gözlənilir.