“Gömrük tarifi haqqında” Qanununda dəyişikliklər edilib
16:42 02.03.2017
Arxiv
581
"Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib. Lent.az xəbər verir ki, prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq, "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununu "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıb:
"Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779; 2016, № 1, maddə 21, № 2, I kitab, maddə 206, № 6, maddə 972) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.2-ci, 6.3-cü və 6.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
"6.2. Xüsusi rüsumlar malın gömrük ərazisinə idxalının artmış həcmi və şərtləri yerli istehsal sahəsinə ciddi zərər vurduqda və ya ciddi zərər vurmaq təhlükəsi yaratdıqda tətbiq edilir.
6.3. Antidempinq rüsumları malın normal dəyərindən aşağı qiymətə gömrük ərazisinə idxal edilməsi yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq edilir.
6.4. Kompensasiya rüsumları istehsalı, ixracı və ya daşınması zamanı xarici dövlətin spesifik subsidiyasının istifadə olunduğu malın gömrük ərazisinə idxalı yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq edilir.”.
2. 6.5-ci maddədə "müvafiq qanunla” sözləri "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya