“İsti havada alkoqolsuz sərinləşdirici içkilər, adi su, ayran tez-tez qəbul edilməlidir. Qidalanmanın düzgün təşkili isə ən vacib məsələlərdən biridir”
Göydən “od yağır”
21:25 04.07.2017
Arxiv
401
Günün qızmar saatlarında açıq havada durmayın!
“İsti havada alkoqolsuz sərinləşdirici içkilər, adi su, ayran tez-tez qəbul edilməlidir. Qidalanmanın düzgün təşkili isə ən vacib məsələlərdən biridir”
“İsti havada alkoqolsuz sərinləşdirici içkilər, adi su, ayran tez-tez qəbul edilməlidir. Qidalanmanın düzgün təşkili isə ən vacib məsələlərdən biridir”
Son günlər ölkə ərazisində anomal isti hava şəraiti hökm sürür. Havaların isti keçməsi isə birmənalı olaraq günvurma təhlükəsini aktuallaşdırır. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti də xəbərdarlıq yayıb ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.
Ancaq havalar isti olsa da, heç də hamı evdə oturub, gün batmasını gözləyə bilmir. İş və ya yaxud da digər zəruri səbəblərdən evdən çıxmalı oluruq. İsti hava isə ürək-damar xəstəliklərinə, təzyiqin yüksəlməsinə səbəb olmaqla yanaşı, insan fəaliyyətinə mane olur, fiziki gücü zəiflədir. İsti hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Günvurmanın əlamətləri zəiflik, qızarmış sifət, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, ürək bulanması və qusma, ağır hallarda bədən hərarətinin 40 və daha artıq dərəcəyə yüksəlməsi, qıcolmalar və huşun itirilməsidir. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra baş verir.
Qarşıda bizi qızmar hava şəraitinin gözlədiyini nəzərə alaraq günvurmadan qorunmağa dair mütəxəssis tövsiyəsini təqdim edirik.
Günvurma ilə bağlı əhəmiyyətli fikirlər səsləndirən həkim-kardioloq Samir Nəcəfovun sözlərinə görə, son dövrlərdə günəş şüasındakı radiasiyasının insanlara təsirində dəyişiklik baş verib. Həmçinin insanlarda immun sisteminin aktivliyi bir qədər aşağı düşüb, istinin təsirinə qarşı dözümlülük azalıb.
Mütəxəssis bildirib ki, bütün insanlar, xüsusilə də ürək-damar xəstəliyi olan şəxslər özlərini qorumaq üçün günün isti saatlarında açıq havaya çıxmamalıdırlar. Çıxdıqları halda isə baş örtüklərindən istifadə etməlidirlər:
"Bəzi adamlar günün ən isti saatlarında çimərliklərə üz tuturlar. Ancaq bu, müsbət hal deyil, əksinə, ziyanlıdır. Çimərliklərdən səhər saat 7:00-dan 11:00-dək və axşamüstü saat 17:00-dan 21:00-dək istifadə etmək daha məqsədəuyğundur”.
Həkimin məsləhətinə görə, valideynlər xüsusilə azyaşlı uşaqları günəş şüalarından qorumalıdırlar. Çünki uşaqlar hətta 30 dərəcə istidə də günvurmaya məruz qala bilir. Kəskin istilər zamanı təkcə ürək-damar, qan təzyiqi olan xəstələr deyil, sağlam adamlar da günvurmaya məruz qala bilər:
"Sağlam adam da qızmar günəş altında 30-40 dəqiqə qalarsa, günvurma qeydə alına bilər ki, nəticədə həmin şəxsdə ürəkbulanma, qızdırma, qusma müşahidə ediləcək. İstivurma və günvurma halları xüsusi iqlim şaraitində, yəni havanın temperaturu müsbət 37-dərəcədən yüksək olduğu hallarda baş verir.
İsti havada sinir sistemində baş verən dəyişiklik nəticəsində insanlarda tez yorulma, başağrısı, halsızlıq, zəiflik, iştahsızlıq, əhvalın pozulması, yuxululuq, qan təzyiqinin qalxıb-enməsi, bayılmalar müşahidə olunur. Rütubətli isti günlərdə atmosfer havasında oksigenin faizi aşağı düşür ki, bu zaman nəfəs alma çətinləşir. Kəskin istidə işləyənlərdə güclü tərləmə baş verir. Bu zaman orqanizmdə su-duz mübadiləsi pozulur. Tərləyən insanda orqanizm üçün vacib olan mikroelementləri itirir. Onların yeri maye qəbulu ilə doldurulmalıdır. İsti havalarda mütləq bol su, maye qəbul edilməlidir ki, bədən susuzluqdan əziyyət çəkməsin.
Həkim-kardioloqun sözlərinə görə, istivurma və günvurmadan qorunmaq üçün günəş şüasının təsiri artdığı zamanlarda mümkün qədər kölgəyə çəkilmək lazımdır. İsti havada alkoqolsuz sərinləşdirici içkilər, adi su, ayran tez-tez qəbul edilməlidir. İsti havada qidalanmanın düzgün təşkili isə ən vacib məsələlərdən biridir. Qida yüngül olmalıdır, orqanizm üçün ağır olan heyvan mənşəli ərzaq növlərindən, yağlardan, ət məhsullarından imkan daxilində az istifadə edilməlidir. Qida rasionunda göyərti və meyvə-tərəvəzə, ağartı məhsullarına, mayeyə çox yer verilməli, yeməyin həcmi bir qədər azaldılmalıdır.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaxın 4 ildə müdafiə və milli təhlükəsizlik xərcləri azaldılacaq
18:16 15.04.2026
Aktual
Azərbaycan qlobal maraqların kəsişdiyi mərkəz olur - ŞƏRH
17:57 15.04.2026
Siyasət
Azərbaycan-Aİ münasibətlərinin vəziyyəti nəzərdən keçirilib
17:46 15.04.2026
Gündəm
Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkəyə başsağlığı verdi
17:02 15.04.2026
Aktual
Bu tədbirlərdə siqaretdən istifadə qadağan olundu
17:00 15.04.2026
Gündəm
İndoneziya səfiri Xankəndiyə səfər edib - FOTO
16:54 15.04.2026
Gündəm
Şəhərlər piyadaya yox, avtomobillərə uyğun qurulur - Mütəxəssis
16:47 15.04.2026
Aktual
Cənubi Qafqazda böyük güc savaşı başlayır - POLİTOLOQ
16:30 15.04.2026
Cənubi Qafqaz
Tramp: Hörmüz boğazı daha heç vaxt bağlanmayacaq
16:18 15.04.2026
Siyasət
Starmer: İranla müharibəyə girməyəcəyik
16:13 15.04.2026
Gündəm
Tülpanların fəryadı
15:45 15.04.2026
Cəmiyyət
Milli Məclisdə görüş keçirildi
15:30 15.04.2026
Gündəm
Paşinyan: TRIPP layihəsi icra mərhələsinə keçir
15:22 15.04.2026
Gündəm
Hidrometeorologiya Xidməti: Bakıya dolu nadir hallarda yağır
14:31 15.04.2026
Ekologiya