Gözündən qurd çıxdı

17 yaşlı yeniyetmə gözündəki qabarıqlıq səbəbiylə xəstəxanaya getdi və şok oldu.
"Daily Mail”in xəbərinə görə, 17 yaşlı Perulu uşaq sol gözündəki qabarıqlıq səbəbiylə xəstəxanaya getdi. Araşdırmalar sonrasında uşağın gözündə 1 aydır yaşayan bir qurd olduğu təsbit edildi. Həkimlər, 3 santimetr uzunluğundakı qurdu inanılmaz bir usulla çıxartdı. Seçdikləri üsulla hər kəsi şok edən həkimlər əməliyyat əvəzinə qurdun həssas olduğu fesleğen bitkisindən istifadə etdi. Fesleğen ilə qurdu çölə doğru çəkən həkimlər, çölə doğru hərəkət edən qurdu maqqaşla çəkib çıxardı.