Sarkisyanın danışıqlardan imtina etməsi, kriminal rejimin cəzasız qalması ilə bağlıdır
Güclü əl təzyiq göstərməlidir
20:43 27.04.2016
Arxiv
670
Ermənistana sanksiyalar tətbiq edilməlidir
Sarkisyanın danışıqlardan imtina etməsi, kriminal rejimin cəzasız qalması ilə bağlıdır
Sarkisyanın danışıqlardan imtina etməsi, kriminal rejimin cəzasız qalması ilə bağlıdır
"Beynəlxalq təşkilatlar hüququn aliliyini sözdə yox, əməldə dəstəkləməlidir”. Bunu "Şərq”ə açıqlamasında millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. Qərb ölkələrinin münaqişəyə yanaşmasından danışan deputat bildirib ki, Azərbaycanın beynəlxalq aləmdən gözləntisi işğalçıya qarşı müvafiq addımların atılmasıdır:
"Tələb edirik ki, beynəlxalq hüquq normaları ilə müəyyənləşmiş qərarlar, qətnamələr tətbiq edilsin. Çünki artıq Dağlıq Qarabağ münaqişəsində günahkarın, təcavüzkarın kim olması hamıya bəllidir. İndi bütün dünya Cənubi Qafqazda nə baş verdiyini bilir. Beynəlxalq ictimaiyyət 20 faiz torpaqlarımızın işğala məruz qaldığından, bir milyon qaçqınımızın olduğundan xəbərdardır. 23 il ərzində dünyanın gözü qabağında Ermənistan torpaqlarımızda etnik təmizləmə aparıb və ağır cinayətlər törədib. Lakin çox təəssüflər olsun ki, təcavüzkar dövlətə qarşı heç bir sanksiya tətbiq edilməyib. Təzyiq edilmədiyi üçün Ermənistan "ruhlanır” və indiki vəziyyəti qoruyub saxlamağa cəhd edir. Düşmən ölkənin havadarlarının məqsədi də münaqişəni donmuş vəziyyətdə saxlamaqdır. ATƏT-in Minsk Qrupunun üzvləri də "donduruculuq” funksiyasını yerinə yetirirlər”. A.Mollazadə bildirib ki, Ukraynaya görə Rusiyaya tətbiq edilən sanksiyalar eyniylə təcavüzkar Ermənistan üçün də tətbiq edilməlidir: "Ermənistanın təcavüzkar və aqressiv siyasətindən vaz keçməsi üçün ona güclü təzyiq göstərilməlidir. Sarkisyanın danışıqlar prosesindən, sülh yolundan imtina etməsi də kriminal rejimin cəzasız qalması ilə bağlıdır. Hər şeyə rəğmən Azərbaycan münaqişənin sülh yolu ilə həlli istiqamətində öz səylərini davam etdirməlidir. Beynəlxalq ictimaiyyəti, dünyanın nüfuzlu ölkələrini haqlı mövqeyimizə inandırmalıyıq. Bu baxımdan BMT-nin Bakıda keçirilən VII Forumu və onun kimi beynəlxalq tədbirlər böyük əhəmiyyət kəsb edir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual