Güləşçimiz 7-ci dəfə Avropa çempionu oldu





Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

 Lent.az-ın məlumatına görə, qadın güləşçilərin mübarizəyə qoşulduğu dördüncü yarış günündə Azərbaycanı təmsil edən Mariya Stadnik (55 kq) 7-ci Avropa çempionluğunu rəsmiləşdirib.

Mariya Stadnik ilk 3 görüşünü asan qələbə ilə bitirən Mariya Stadnik finalda rumıniyalı Emiliya Vuka qalib gəlib.