Gün eynəkləri alarkən bunlara mütləq DİQQƏT EDİN
10:41 14.05.2019
Arxiv
697
Qarşıdan yay gəlir. Bir çoxlarımızın yayda ən çox istifadə etdiyi aksesuarlardan biri gün eynəkləridir.
Ancaq adətən eynək alarkən bəzilərimiz keyfiyyəti deyil zövqü əsas götürürük. Bəs, eynək seçərkən nələrə diqqət etməliyik? Keyfiyyətli gün eynəyini necə təyin edə bilərik? Ümumiyyətlə, düzgün seçilməyən gün eynəklərinin orqanizmə hansı mənfi təsirləri ola bilər?
Lent.az-ın əməkdaşı hazırda çox aktual olan suallara oftalmoloq Fariz Sadıqovdan cavab aldı. Həkim bildirdi ki, eynək seçərkən görünüşə deyil, keyfiyyətə üstünlük verilməlidir:
"Çox dar eynəklərdən istifadə edilməsi məsləhət deyil. Eynək alarkən gözün forması nəzərə alınmalıdır. Yaxşı olar ki, həssas olan insanlar gözün kənarlarını qapadan çərçivəli eynəklərə müraciət etsinlər. Günəş şüaları kənarlardan daxil olub gözə zərər verməsin. Eynək seçərkən mütləq şüşəsinin ultra bənövşəyi qoruyucu xüsusiyyəti nəzərə alınmalıdır. Şüşələrin sertifkatına baxıb almaq lazımdır ki, Uv-100%, Uv-98% və ya Uv-400 qoruyucu şüşələr olsun. Ona görə məsləhətdir ki, bu özəl və sağlamlıq üçün vacib olan aksesuar optikalardan alınsın.
İkinci diqqət edilməsi vacib olan məsələ isə, ətrafı rahat və şəfaf göstərən şüşə seçimidir. Bunu nəzərə alaraq "palorate" (xüsusi şüşə adı) şüşələri məsləhət bilirəm. Həmin eynəklər ətrafı aydın göstərir və gözləri yormur.
Rənglərə gəldikdə isə, günəşdən çox narahat olan həsas insanlara, tünd rəngli eynəklər məsləhət görülür. Üst hissəsi tünd alt hisəsi açıq şüşələrdən də istifadə edilə bilər. Amma həmin şüşələr çox qızmar gündə məsləhət görülmür.
Onu da qeyd edim ki, tünd şüşəli eynəkləri sürücülərə o qədər də məsləhət görmürəm. Çünki həmin eynəklər tunel kimi qaranlıq yerlərdə narahatlıq yarada bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: İran ABŞ ilə anlaşma əldə etmək şansını qaçırdı
13:19 07.10.2026
Gündəm
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual