"Günahı sosial şəbəkədə deyil, özümüzdə axtarmalıyıq" - Mütəxəsis
12:58 26.10.2017
Arxiv
623
"Sosial mediaya aşırı asılılıq varsa, bəziləri əhəmiyyətsiz, mənasız işlər üçün istifadə edirlərsə, bu, onların öz problemidir. Deməli, həmin şəxslər real aləmdə də belədir"
"İstənilən asılılıq xəstəlikdir”.
Bunu "Sherg.az”a sosial medianın ziyanlarından danışarkən Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, sosial media cəmiyyətin inikasıdır:
"Azərbaycandan 2 milyon insan sosial şəbəkələrdə varsa, demək bu həyatımızın ayrılmaz hissəsidir. Hər bir istifadəçi özünü burada göstərir. Biz sosial şəbəkələri virtual aləm adlandırırıq, amma əslində bu, elə real aləmdir. İnsanlar bütün iş-gücünü, təhsilini, gündəlik fəaliyyətini burada gerçəkləşdirirsə, deməli realdır.
Əgər sosial mediaya aşırı asılılıq varsa, bəziləri əhəmiyyətsiz, mənasız işlər üçün istifadə edirlərsə, bu, onların öz problemidir. Deməli, həmin şəxslər real aləmdə də belədir. Biz öz problemimizi, düzgün istifadə etməməyimizi sosial medianın problemi kimi təqdim etməməliyik. Sosial mediadan necə istifadə edəcəyimiz bizim öz seçimimizdir”.
O.Gündüz xatırladıb ki, sosial mediada zərərli, mənasız, vaxt alan informasiyalarla qarşılaşmamaq, əhəmiyyətsiz insanlarla ünsiyyətdə olmamaq istifadəçinin öz əlindədir:
"İnsanlar elə edə bilər ki, bu tip hallarla rastlaşmaz. Biz günahı sosial şəbəkədə deyil, özümüzdə axtarmalıyıq. Əksinə cəmiyyətin bir hissəsi olan sosial şəbəkələrin də yaxşılaşdırılması, faydalı tərəflərinin üzə çıxarılması üçün işlər aparmalıyıq. Sosial media cəmiyyət, dövlət və insanlar üçün lazımlı, faydalı vasitələrdən biridir. Sadəcə, bundan düzgün faydalanmaq lazımdır”.
Qeyd edək ki, son zamanlar Avropa ölkələrində sosial media, onun cəmiyyətə təsirləri haqqında mənfi rəylər güclənib. Bu ölkələrdə cəmiyyətdə və mətbuatda sosial media "xalta” adlandırılır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya