Gündə 2 paket siqaret çəkirdi, dəyişdi

İki yaşında olarkən gündə 2 paket siqaret çəkən uşaq 6 ildə baxın nə hala gəlib.
2 yaşlı Ardi Rizalı gündə iki paket siqaret çəkməsi səbəbiylə bütün dünya tanıyırdı. Medianın uşaq üzərindəki təzyiqi İndoneziyalı Ardinın həyatına müsbət istiqamətdə təsir edib və qısa müddət sonra siqareti buraxıb. Ancaq gündə istehlak etdiyi 40 siqaretdən imtina etmək o qədər də asan olmadı. Kiçik uşaq siqareti buraxdıqdan sonra həddindən artıq dərəcədə fast food istehlak etdiyindən çəkisi artıb. 2010-cu ildə siqaret üstünə siqaret çəkən uşağın videosu internetə gündəm olmuşdu. Hərəkətə keçən səlahiyyətlilər Ardinın peşəkar yardımı alması üçün səfərbər olub. Siqareti buraxan uşaq bu dəfə də fast food qurbanı olub. "Independent” qəzeti, uşağın siqareti buraxdıqdan sonra çox kökəldiyini yazıb. Ardi 6 yaşına girdiyində həddindən artıq kilolu idi və sağlamlığı təhlükə altında idi. Uşağın ailəsi dövlətdən kömək istədikdən qısa müddət sonra Ardi ilə xüsusi bir qidalanma mütəxəssisi maraqlanmağa başladı. Baxın, o uşaq necə dəyişib.